Gündəm / İdman

Qurban Qurbanov heyəti açıqladı - SİYAHI

26-01-2018, 23:05
Azərbaycan milli komandasının heyəti açıqlanıb.



Xeberman.com AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Qurban Qurbanov Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək oyunçuları müəyyənləşdirib.



Yanvarın 30-da Moldova ilə yoxlama oyunu keçirəcək yığmamıza 24 futbolçu dəvət alıb. Bu, Qurbanovun millinin baş məşqçisi postunda açıqladığı ilk heyətdi.



Siyahıda “Qarabağ”ın 11 futbolçusu yer alıb. Qurbanov “Neftçi”dən 6, “Qəbələ”dən 3, “Sumqayıt”dan 2, “Keşlə”dən 1 futbolçunu heyətə daxil edib.



Ölkə xaricində çıxış edən yeganə oyunçu isə Ukrayna “Aleksandriya”sının üzvü Pavel Paşayevdi.



Heyətdə yığmada debüt etməyən Şahrudin Məhəmmədəliyev, Rəşad Əzizli, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Abbas Hüseynov da yer alıb.

Qapıçılar: Kamran Ağayev (“Keşlə”), Şahrudin Məhəmmədəliyev (“Qarabağ”), Rəşad Əzizli (“Neftçi”);



Müdafiəçilər: Maksim Medvedev, Elvin Yunuszadə, Abbas Hüseynov (hamısı “Qarabağ”), Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, Anton Krivotsyuk (hamısı “Neftçi”), Təmkin Xəlilzadə (“Qəbələ”), Bəhlul Mustafazadə (“Sumqayıt”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna);



Yarımmüdafiəçilər: Qara Qarayev, Əfran İsmayılov, Rahid Əmirquliyev, Coşqun Diniyev, Riçard Almeyda (hamısı “Qarabağ”), Rəhman Hacıyev, Emin Mahmudov (hər ikisi “Neftçi”), Cavid Hüseynov (“Qəbələ”), Cavid İmamverdiyev(“Sumqayıt”);



Hücumçular: Mahir Mədətov, Ramil Şeydayev (hər ikisi “Qarabağ”), Ruslan Qurbanov (“Qəbələ”).



Qeyd edək ki, milli komandanın sabah başlayacaq toplanışı yanvarın 31-dək davam edəcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]