Əsas Səhifə / Mədəniyyət

Sözlərim könlümü almağa gəlir

15-01-2018, 10:20
Bu günlərdə İstanbulda təqdimatı keçirilən şeirlər kitabı türk oxucusuna bu adla təqdim olunub.
Gözəl şairə, nasir və tərcüməçi Firuzə Məmmədlinin türkcə nəşr olunan ilk kitabı həm də xeyli maraq doğurub. Birbirinin ardınca görüşlər və kitab təqdimatı günlərinə qatılan şairə həm də Türkiyə Azərbaycan Dərnəyində (İSTAD) təşkil olunan şeir gecəsinin də əsas qonağı olub. Görüşdə tanınmış ədəbiyyatçılar, İSTAD-ın üzvləri və poeziyasevərlər iştirak ediblər.
İSTAD-ın sədri Səfər Qaraqoyunlu şairə Firuzə Məmmədlinin yaradıcılığından danışıb.
Göstərilən diqqətə və qonaqpərvərliyə görə minnətdarlıq edən şairə görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, İstanbulda fəaliyyət göstərən “Araz yayınları” nəşriyyat tərəfindən çapa hazırlanan kitabin tanitim günləri də uğurlu olub. Nəşriyatın koordənatoru K.Hakverdi Azərbaycan ədəbiyyatının tanınması üçün belə günlərin çox önəmli olduğunu vurğulayıb.
Firuzə Məmmədli Azərbaycan Yazıçılar Birliyi Həmkarlar İttifaqının sədri, bər neçə beynəlxalq mükafatın qalibidir. Şeirləri bir çox xalqların dilinə tərcümə edilib. 2017 ci ildə isə Firuzə Məmmədli “Qızıl Kəlmə” mükafatına layiq görülüb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]