Mədəniyyət

YURD QOXULU SAYT HAQQINDA TURAL İRFANIN QEYDLƏRI

27-12-2017, 14:18
YURD QOXULU SAYT HAQQINDA TURAL İRFANIN QEYDLƏRI
Bu gün əlimiz çatmayan,ünümüz yetməyən İrəvan, Zəngəzur, Göyçə - igidlər, ərənlər oylağı; ağbirçək nənələrimizin, ağbirçək babalarımızın, qədim oğuz yurdu -
indi qondarma Ermənistan adlandırılan ərazinin sərhədləri altındadır.Əgər tarixi vərəqləsək görərik ki, zəngin tariximizin, folklorumuzun, milli-mənəvi dəyərlərimizin böyük hissəsi həmin yurdlara bağlıdır.O yurdlara ki, orada böyük şəxsiyyətlərimiz uyuyur.Bu gün and yerinə çevrilən məzarlarımızın orada çoxu da dağıdılıb.Bizdən ayrı düşən ulularımızın qərib ruhları da o yerlərdə dolaşır.

Bu günlərdə gənc yazar dostlarım Qılman İman, Savalan Talıblı, Ələsgər babamızın nəticəsi Xətai Ələsgərlinin dəvətiylə yəni 23 dekabr tarixində goyce.az saytının təqdimat mərasiminə dəvət oldum. Sözün əsl mənasında ilin-günün bu vaxtında, yəni, Qərbi Azərbaycandan soydaşlarımızın son köçürülməsinin 30 illiyi ərəfəsində belə bir saytın açılmasını sevindim.Ona görə sevindim ki, əslən o qədim yurdlardan olan dostlarımı vətən, torpaq namusu, ağrısı bir araya gətirib.

Çox möhtəşəm bir işə qol qoyan yazar dostlarım bu saytı təsis etməklə Göyçə mahalı başda olmaqla, bütün Qərbi Azərbaycan torpaqlarının tarixini, şifahi xalq ədəbiyyatını, tarixi abidələrini, folklorunu, o yörələrimizin yetirdiyi şəxsiyyətlərini yenidən müasir şəkildə - elektron kivə tranzfer edib, formada gözümüz önünə gətirib, yaddaşlarımızı təzələdilər.

Belə bir saytı açığı mən intizarla gözləyirdim və həsrətindəydim. O da məhz layiqli olaraq əziz dostlara nəsib oldu. Əminəm ki, saytın təsisçisi və redaktoru öz işlərində peşəkar və zəkalı olduqları üçün yayılan məlumatların dolğunluğu, hərtərəfli olması, dəqiq və qərəzsizliyi ilə fərqləndirəcəkdir.

Bu saytın açılması eyni zamanda dahi Ozan, Ariflər Sultanı Dədə Ələsgərin 200 illik yubileyi ərəfəsinə təsadüf edir ki, bu da ilahi hikmətin təzahürüdür.

Ümid edirəm ki, o torpaqlara hər gün addım-addım yaxınlaşırıq. Və bu saytın geniş əhatəli fəaliyyəti də səsimizi dünyaya çatdırmaqda, o torpaqlara bir az da yaxınlaşmaqda hamımıza bir vəsilə olacaqdır. Uğurlar diləyirəm.Yolumuz Göyçəyə düşsün.








Tural İrfan

Administratorla əlaqə

077 611-55-22

[email protected]