Ölkə

ŞİRVAN MƏHKƏMƏSİ HAKİMİNİN SAXTALIĞLA DOLU QƏTNAMƏSİ...

22-12-2017, 19:23
ŞİRVAN MƏHKƏMƏSİ HAKİMİNİN  SAXTALIĞLA DOLU  QƏTNAMƏSİ...
Vəfat etmiş atasının adına olan mülk payından 7 övlad olmaqla qanuni olaraq miras payını almağa dair 26 sentyabr 2017-ci il tarixində Şirvan şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş , hal-hazırda Mingəçevir şəhərində yaşayan Qəfərova Cəmilə Ağaşirin qızı 3ay ərzində keçirilən məhkəmə proseslərindən sonda məyus bir durumda qalmışdır. Belə ki, qeyd edilən bu zaman aralığında keçirilən məhkəmə proseslərinə gəlib iddiaçı qismində çıxış etsə də, iş üzrə cavabdeh qismində olan əmlak üzrə olan Şirvan şəhər Əzizbəyov küçəsi 38 ünvanındakı ərazidə ümumi sahəsi 569,2 kv.m olmaqla həmin sahənin də 112,9 kv.m hissəsində rəsmi olaraq " Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1971-1503 nömrəli qeydiyyatlı" PASPORT-da müvafiq cizgilərlə və çertyojla qeyd edilir ki, 1969-cu ilin iyununda tikilən bir mərtəbəli, 2otaqlı kürsülü fərdi yaşayış evi , məhz iddiaçının atası Qəfərov Ağaşirin Məhəmməd oğluna məxsusdur.İddiaçı Qəfərova Cəmilə Ağaşirin qızı Məhkəməyə təqdim elədiyi sənədləri içində bu mülk barədə hüquqverici sənədlərin məhz bu işi icraata götürən Hakim Ziya Əliyevin Daşınmaz Əmlak üzrə Reyestr İdarəsinə və Arxiv İdarəsinin Şirvan şəhər bölməsinə müvafiq sorğularını göndərməklə əldə edəcəyini hesab etdiyindən bu barədə hər hansı sənəd üçün müvafiq qurumlara müraciət etməmişdir. Bundan isə şəxsi mənafe naminə əməlli-başlı "istifadə edən" Hakim Ziya Əliyev sonda bunu , yəni miras üçün pay istəyən iddiaçıya müxtəlif vaxtlarda keçirilmiş bu məhkəmə prosesinin heç birində bir dəfə də olsun xatırlatma vermədən sonda, daha dəqiq, 28 noyabr 2017-ci il tarixində keçirilən yekun prosesdə həmin mülkə dair heçbir sənədin olmadığını əsas gətirərək İddianın təmin olunmamasına dair Qətnamə çıxartmışdır.20 dekabr 2017 tarixində həmin Qətnamənin surətini poçt vasitəsilə 23günün tamamında əldə edən İddiaçı Qəfərova Cəmilə Ağaşirin qızı, yenidən həmin əmlaka dair sənədləri məcburiyyət qarşısında qalaraq əldə etməkçün Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin 13saylı Şirvan ərazi idarəsinə və Şirvan Arxiv idarəsinə ayrı-ayrılıqda ərizə ilə müraciət edərək çox qısa zaman aralığında rahatlıqla atası Qəfərov Ağaşirin Məhəmməd oğluna məxsus yuxarıda qeyd edilən ünvanda tikilmiş evə dair Pasport və Qərardan Çıxarış adlı rəsmi sənədləri əldə etmişdir. Halbuki, bu proseduru birbaşa məhz İşi icraata götürən hakim Ziya Əliyev həyata keçirtməli idi.Araşdırma zamanı bu hakimin öz işini nəinki layiqli olaraq yerinə yetirmədiyi , hətta çıxartdığı Qətnamədə birsıra saxtalıqlarla dolu qeydlər aşkarlandı. Belə ki, bu iş üzrə heç bir aidiyyatı olmayan digər Şirvan şəhər sakinlərinin adlarını bu Qətnaməyə salmışdır. İddiaçının Cavabdeh şəxs olan Qəfərov Əlibayram Ağaşirin oğlundan tələbi olduğu halda, Hakim Ziya bəy Qətnamənin 2-ci səhifəsindəki 7və 8-ci abzaslarında bu işə heç aidiyyatı olmayan Əliyev Ələsgər Məmməd oğlunu və 2ildən də artığ Nərimanov rayonuna təyinat almış Şirvan şəhər 1saylı Notariat kontorunun Notariusu Daxil Kərimovun adlarını salaraq fikir azğınlığı yaratmışdır. Yəni guya mülk- vərəsədən irəli gələrək miras iddiası edilən Əzizbəyov küçəsindəki inşa edilən ev Qəfərov Ağaşirin Məhəmməd oğlunun adına deyil, Ələsgər Məmməd oğlu Əliyev adlı digər bir şəxsin adınadır.
Ancaq iddiaçı Cəmilə Ağaşirin qızı Qəfərovanın müvafiq qurumlardan aldığı həmin evə dair Posport və Çıxarış adlı hər iki ayrı-ayrı olan rəsmi sənədlərdə Əmlak sahibi kimi məhz mülkiyyətçi Ağaşirin Qəfərov qeyd edilmişdir.
Ən maraqlı və təəccüb doğuran hal da ondan ibarətdir ki, keçirilən məhkəmə proseslərində qarşı tərəfdən bir nəfər də olsun gəlib iştirak etməməklə yanaşı hakim Ziya Əliyev bu Qətnamədə sözügedən mülkiyyətə məxsus müvafiq qurumlara göndərməli olduğu hər hansı bir tarixi özündə əks etdirən sorğunu göstərməmişdir. Bu müəmmalı sonluğla bitən aşağı instansiya məhkəməsində indi bir xüsusatı qeyd etmək məntiqə uyğundur ki, Qəfərov Ağaşirin Məhəmməd oğlunun sonuncu övladı olan Qəfərov Əlibayram Ağaşirin oğlu həmin mülkiyyəti yenidən rekonstruksiya etmiş, özü isə Rusiyanın İrkutsk vilayətində yaşamaqla buraya mövsümi olaraq gəlib-gedir. Hakim Ziya Əliyev isə bu işlə bağlı hal -hazırda Şirvan şəhərində yaşayan digər Qəfərovu , daha dəqiq Qəfərov Əliqismət Ağaşirin oğlu ilə müzakirə üçün məhkəmədə söhbət etmişlər. Bu söhbətin isə arxasında nələrin dayandığını biz növbəti , Apellyasiya şikayəti üzrə keçirilən məhkəmə proseslərindən biləcəyik. Qeyd edək ki, həyat yoldaşı vəfat etmiş ,66 manat təqaüdlə çətin durumda yaşayan, miras payı iddiası üzrə məhkəməyə müraciət etmiş Qəfərova Cəmilə Ağaşirin qızı hakim Ziya Müqərrəm oğlu Əliyevin çıxartdığı bu ədalətsiz Qətnaməsindən bugün artıq Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayətini müvafiq qaydada ünvanlamışdır.
İnanırıq ki, Məhkəmə Hüquq Şurası, Şirvan Şəhər Məhkəməsinin hakimi Ziya Əliyevin bu qətnamə ilə bağlı işini yaxından araşdıraraq vətəndaş süründürməçiliyinə qarşı hüquqi qiymət verəcəkdir!
Mövzunu diqqətdə saxlayırıq.

Xəyyam Qurbanlı

Administratorla əlaqə

077 611-55-22

[email protected]