Kriminal

Şirvan sakini narkotik vasitədən öldü

2-06-2017, 06:32
Xeberman.com xəbər verir ki, Şirvan sakini, 1976-cı il təvəllüdlü Ələkbərov Etibar Nahid oğlu narkotik vasitənin izafi qəbulundan dünyasını dəyişib. Onun meyiti yaxınları tərəfindən kirayə yaşadığı mənzildə aşkarlanıb.

Meyit Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzində müayinə edilib. Müayinənin nəticəsi bir neçə gündən sonra məlum olacaq. İlkin vizual müayinə onun narkotik inyeksiyadan istifadə etdiyini aydınlaşdırıb.

Faktla bağlı Şirvan prokurorluğunda araşdırma aparılır

Administratorla əlaqə

077 611-55-22

[email protected]