Layihə

“Uşaq Hüquqları Məktəbi” layihəsinin icrası başa çatıb

22-11-2016, 01:46

“Uşaq Hüquqları Məktəbi” layihəsinin icrası başa çatıb"Gənclər üçün Təhsil Mərkəzi”nin Qarabağ regional ofisinin "Uşaq hüquqları aylığı” çərçivəsində Ağcabədi rayonunda həyata keçirdiyi "Uşaq Hüquqları Məktəbi” layihəsinin icrası başa çatıb.

Mərkəzin Qarabağ regional ofisinin rəhbəri Radə Qafarova bildirib ki, əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və məktəbəqədər təhsil sisteminə dəstək məqsədilə keçirilən layihə üç ay davam edib. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması da layihənin əsas məqsədlərindəndir.

Layihə çərçivəsində BMT tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyasına uyğun olaraq uşaqların inkişaf və müdafiə hüquqları təlimlərin əsas mövzu bazasını təşkil etməklə,uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün vahid təhsil sisteminin ilkin pilləsi olan məktəbəqədər tədris metodikası tətbiq olunub.

 “Uşaq Hüquqları Məktəbi” layihəsinin icrası başa çatıb
R.Qafarova onuda qeyd edib ki, "Gənclər üçün Təhsil Mərkəzi”nin Qarabağ regional ofisi oktyabrın 20-dən noyabrın 20-dək respublikada keçirilən "Uşaq hüquqları aylığı” çərçivəsində çərçivəsində silsilə tədbirlər keçirib. "Uşaq hüquqları aylığı” ilə əlaqədar Ağcabədi rayon polis şöbəsi ilə birlikdə ümumtəhsil məktəblərində müxtəlif görüşər, Ağcabədi rayon mərkəzləşdirilmiş kitabxana sistemi ilə birgə "İnklüziv Təhsil və Uşaq Inkişaf Mərkəzi"ndə sərgi və tədbirlər, Füzuli rayonunun təhsil müəssisələrində sağlamlıq hüququ ilə bağlı təlimlər təşkil edilib. 20 noyabr "Uşaqların beynəlxalq müdafiəsi günü” münasibətilə UNİUCEF-in Azərbaycan ofisinin rəhbəri Edvard Carvardin Gənclər üçün Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən "İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə aztəminatlı ailələrdən olan və sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb.

 “Uşaq Hüquqları Məktəbi” layihəsinin icrası başa çatıb
“Uşaq Hüquqları Məktəbi” layihəsinin icrası başa çatıb
“Uşaq Hüquqları Məktəbi” layihəsinin icrası başa çatıb
“Uşaq Hüquqları Məktəbi” layihəsinin icrası başa çatıb

Administratorla əlaqə

077 611-55-22

[email protected]