Ölkə

Gələn ildən Azərbaycanda bu şəxslərə maaş veriləcək - İLK DƏFƏ

18-12-2017, 23:21
Gələn ildən Azərbaycanda bu şəxslərə maaş veriləcək - İLK DƏFƏ"Gələn ildən Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə məscidlərdə çalışan din xadimlərimiz rəsmi şəkildə əməkhaqqı alacaqlar".

Xeberman.com Report-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dvlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, hazırda əməkhaqqının məbləği və kimlərə verilməsi məsələsi müzakirə olunur: "Əsas odur ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məscidlərə təyin olunmuş imamlar, imam naiblər və bu kimi vəzifə daşıyan digər şəxslər həmin idarənin təqdimatı ilə əməkhaqqı alacaqlar".

Komitə sədri bildirib ki, əməkhaqqının verilməsinin çox böyük ictimai-siyasi əhəmiyyəti var: "Bugünlərdə Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvləri və rəhbərliyi açıqlanacaq. Hesab edirəm ki, yanvar ayından Fond fəaliyyət göstərəcək. Fevraldan din xadimləri maaş ala bilərlər".

Administratorla əlaqə

077 611-55-22

[email protected]