Gündəm

Azərbaycanda toy yasa döndü…

27-11-2017, 21:31
Azərbaycanda toy yasa döndü…Lənkəran rayonundan Neftçalaya toya gələn şəxs qəfildən ölüb.

Hadisə rayonun Aşağı Surra kəndində yerləşən “Kür-Xəzər” şadlıq sarayında qeydə alınıb.

Belə ki, Lənkəran rayonunun Mamusta kənd sakini, 1958-ci il təvəllüdlü Arif Vəli oğlu Bəqiyevin toy mərasimində halı pisləşib və o, özündən gedib. Hadisə yerinə Təcili Tibbi Yardım maşını çağırılıb.

A.Bəqiyev Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasın dəyişib. //Report

Administratorla əlaqə

077 611-55-22

[email protected]