Xəbərlər / Şikayət

İlham Əliyevdən ev almış jurnalistlər hələ mənzillərinə köçməyiblər – İlginc səbəb

27-11-2017, 14:30
İlham Əliyevdən ev almış jurnalistlər hələ mənzillərinə köçməyiblər – İlginc səbəbİyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimi keçirilib. Tədbirdə ölkə başçısı İlham Əliyev də iştirak edib.

Lakin jurnalistlərin bu mənzillərə köçməsinə hələ imkan verilməyib.

Bu haqda “Basta”ya mənzil almış jurnalistlərindən biri məlumat verib.

“Mənzillərin açarları hələ iyulun 20-də verilib. Evlər əvvəldən təmirli idi. Binanın qırmızı lenti kəsilib, təhvil verilib. Amma deyirlər ki, binanın istifadəyə verilməsi üçün yenə mərasim keçiriləcək. Bu mərasimin dekabrın 24-də, İlham Əliyevin ad günündə keçiriləcəyini deyirlər” – mənbə bildirib.

Qeyd edək ki, jurnalistlər üçün tikilən ikinci binada 255 nəfərə mənzil verlib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]