Əsas Səhifə / Dünya

Sensasiya: ABŞ öz təyyarələrini rus rənglərinə boyayıb türk əsgərlərini bombaladı

26-11-2017, 19:35
Sensasiya: ABŞ öz təyyarələrini rus rənglərinə boyayıb türk əsgərlərini bombaladıTürkiyənin “Haber7” agentliyinin yazarı Taha Dağlı Suriyada “Fərat qalxanı” əməliyyatını çərçivəsində İŞİD-lə döyüşən türk əsgərlərini havadan bombalayanların arxasında kimin dayanması ilə bağlı təhlil yazısı yazıb.
Avropa.info yazar təyyarənin fotosunu təhlil edərək, fotonun rus hərbi rənglərinə boyanmış ABŞ təyyarəsi olduğunu iddia edib.
“Fotodakı ABŞ-a məxsus F-18 modelli hərbi təyyarədir. Amma fotoda bir anormallıq var. Təyyarənin qanadında sovet ulduzu var, rəngi isə rus təyyarələrində olduğu kimi mavidir. Bu səhnəni Kristian Boris adlı bir jurnalist gündəmə gətirib. Amerika özünə məxsus F-18 təyyarələrini mavi rəngə boyayıb, qanadlarına da sovet ulduzu yapışdırıb rus Su-34 təyyarələrinə oxşadır.
Əlində boya qutusu, təyyarə qarşısında dayanan amerikalı əsgərlərin fotolarını isə Rusiya mətbuatı çap etdi. İddiaya görə, amerikalılar Suriyada bəzi yerləri bombalayır, bombardmanı rus təyyarələrinə oxşayan təyyarələrlə edir, hücumların səbəbkarı kimi isə ruslar göstərilir”.
Türk yazar yazır ki, Suriyada türk əsgərlərinin bombalanması təsadüf deyil. Dünən Türkiyə üçün iki vacib hadisə baş verdi. Avropa Parlamenti Türkiyə ilə danışıqların dayandırılmasına səs verdi və 3 türk əsgəri hava zərbəsi nəticəsində şəhid oldu.
TSK səbəbkar kimi Əsəd rejimi göstərsə də, Suriya MN İŞİD salahlılılarının hədəf alındığını, türk əsgərlərlə üz-üzə gəlməkdiklərini açıqladı.
Taha Dağlı Suriyada Əsəd, Rusiya və ABŞ kimi üç əsas qüvvənin olduğunu əsas gətirərək, Rusiya variantını istisna edir. Belə ki, Moskva və Ankara arasındakı münasibətlər olduqca yaxşıdır. Əsəd Türkiyənin Suriyadan olmasından narahatdır. Lakin belə bir hücuma cəsarət etmələri üçün Rusiya və İrandan icazə almalıdırlar.
PYD ilə ABŞ-ın yaxınlığın götürəndə və Obama administrasiyasının “Fərat qalxanı” əməliyyatını həzm edə bilmədiyini nəzərə alanda səbəbkarlar arasında ABŞ da yer alır.
Türk yazar rus hərbi təyyarəsinin vurulmasının 1 ilinin tamam olması faktını da nəzərə çatdırır.
“Bu günə qədər Amerikanın sağı-solu necə gəldi vurub, sonra “üzr istəyirik” dediyi çox hücum oldu. Bu faktların hamısını yan-yana qoyanda Türkiyəni hədəfə alır, həm də Avropa Parlamenti Türkiyə ilə danışıqları dondurmaq qərarı verərkən. Özü də Türkiyə Qərbin təhdidlərinə rədd cavabı verərkən. Özü də Türkiyə AB-nin alternativləri sayılan Şanxay İƏT-nı və Avrasiya İnteqrasiyasını ortaya qoyarkən” – Taha Dağlı belə yazıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]