Əsas Səhifə / İqtisadiyyat

İMİŞLİDƏ CAMAATI SƏFALƏT İÇİNDƏ GÖRMƏK ARZUSUYLA “KEF” MƏCLİSİ QURAN KİMDİR?

18-01-2016, 22:23
Rayon Asfalt Zavodunun direktoru Şükür Aslanov hamının gözü qarşısında kef məclisi qurub 

Manatın dəyərdən düşməsindən sonra sürətli şəkildə baş qaldırmış bahalaşma əleyhinə etirazlar start götürsə də, bu bəzi məmurlar üçün dərs olmayıb. Daha doğrusu, onlar hələ də ölkədə nəyin baş verdiyini anlamaqda çətinlik çəkirlər.

Bir neçə gün əvvəl İmişli rayonunda etirazların baş verəcəyinə dair xəbər yayılan kimi, adı un və buğda monopoliyasında çəkilən deputat Əsabil Qasımov camaatı ələ almaq üçün ucuz varianta əl atdı. Belə ki, İmişlidəki stadiona camaatı yağaraq, onlara bir az un, bir az makaron paylayaraq, vəziyyəti düzəltməyə çalışdı. Lakin…

Əldə edilən məlumata görə, İmişlidə məmurlar isə öz keflərindədirlər. Onlar əvvəlki dövrlərdən fərqli olaraq, artıq açıq şəkildə ziyafətlər qurur, camaatın gözü qarşısında kef məclisləri təşkil edirlər. 

Məsələn, İmişli Asfalt Zavodunun direktoru, rayonda böyük biznes şəbəkəsinin olması ilə tanınan Şükür Aslanov yanvarın 15-i saat 20:00 radələrində Bəciravan kəndində fəaliyyət göstərən «Çinarlı» restoranında kef məclisi təşkil edib. Verilən məlumata görə, yaxın dostları ilə birlikdə yeyib-içən zavod direktoru heç nəyə məhəl qoymadan uca səslə elə gülürmüş ki, səsi hətta restorandan kənarda eşidilirmiş. Onu da qeyd edək ki, Şükür Aslanov bir müddət əvvəl MTN tərəfindən qaçaq bitum aldığı üçün həbs edilmişdi. Lakin bu şəxs İmişlidən olan iş adamı Əvəz Şükürovun müdaxiləsindən sonra MTN hal-hazırda həbsdə olan generallarının göstərişi ilə dərhal azad edilmişdir. 

Hadisə şahidlərinin dediyinə görə, Şükür Aslanov və başının dəstəsinin hərəkəti onsuz da vəziyyəti ağır olan rayon camaatının qəzəbinə səbəb olub. Hətta bir neçə şəxs ona yaxınlaşaraq, «camaatın bu vəziyyətində nümayişkəranə şəkildə belə kef məclisi qurmaqdan utanmırsan» deyiblər. Amma öiznesmen zavod direktoru başını aşağı salmaq əvəzinə, şaqqanaq çəkərək gülməyindən qalmayıb. 

Verilən məlumata görə, belə məclislər təşkil edən məmurlar arasında daha biri də var. Bu şəxs İmişli rayon Maliyyə İdarəsinin rəisi Rəhim Rəhimovdur. Məlumatda bildirilir ki, ayın yarıdan çoxunu paytaxtda olan rəis əsasən bahalı restoranların müştərisi olur. 
Redaksiya yazını istinadla dərc etsədə, adı çəkilən bütün qurum və ya şəxslərində mövqeyini dərc etməyə hazırdır. 
\Jam.az\

Administratorla əlaqə

077 611-55-22

[email protected]