Xəbərlər / Şou-biznes
Elza Seyidcahan və “Bu şəhərdə”dən etiraf: Aldatmışıq
2-11-2017, 19:11
Əməkdar artist Elza Seyidcahan illər əvvəl “Bu şəhərdə” komandasını onu parodiya etdikləri üçün məhkəməyə verəcəyini demişdi. Bu gün “Xəzər TV”-də yayımlanan “Hər şey daxil” verilişinin qonaqları olan Əməkdar artistlər Elza Seydicahan, Coşqun Rəhimov və Rafael İsgəndərov bunun, əslində, şou olduğunu etiraf ediblər.
Oxu.Az xəbər verir ki, E.Seyidcahan həmin ərəfədə aktrisalıq etdiyini və bunu əvvəlcədən planlaşdırdıqlarını söyləyib.
“Müşfiq (“Bu şəhərdə”nin prodüseri, səhnəciklərin ssenari müəllifi) mənə dedi ki, sən bizimlə kobud danış. O zaman mən də dedim ki, “Bu şəhərdə”ni məhkəməyə verəcəyəm. Biz zarafatyana səhnəcik qurmuşduq. Lakin mən öz aktrisalığımla hamını inandıra bilmişdim”, - deyə E.Seyidcahan bildirib.
R.İsgəndərov da bunun şounun bir hissəsi olduğunu vurğulayıb.