Gündəm

Lotu Quli sədaqət andı içdi - Uraldakı azərbaycanlılar himayədarları seçiblər

18-01-2017, 04:48
Lotu Quli sədaqət andı içdi - Uraldakı azərbaycanlılar himayədarları seçiblər
Sverdlovsk vilayətindəki azərbaycanlı ticarətçilər 44 yaşlı Lotu Quli kimi tanınan "qanuni oğru” Nadir Səlifova blər.
 
Modern.az Rusiya mediasına istinadən bildirir ki, bu haqda hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
 
"Qanuni oğru” himayədarlarına hələ 2021-ci ilədək oturmalı olduğu həbsxanadan rəhbərlik edəcək.
 
Beləliklə, Rövşən Lənkəranskinin klanı bu regionda birdəfəlik uduzub. Quli hələ o sa ikən Rusiyanın və Azərbaycanın "zonalarına” belə bir sifariş yollayıb: "... Mən də sizi Rövşən Lənkəranski ilə bağlı məlumatlandırıram. O, heç kimdir, bu oğruların qərarıdır.
 
Hacı və Rafikə gəldikdə, bu fırıldaqçılar insanlar arasında zina əkirlər. Belə əclaflar bütün dövrlərdə olub və onlardan tələb bütün ciddiliyi ilə olacaq. Bu notlarla sizlərlə sağollaşmaq istəyirəm, sizə ən yaxşı arzularımı diləyirəm, əlbətə Qızıl Azadlıqla birgə. Özünüzü qoruyun, Oğruları qoruyun. Ən xoş arzularla. Mən, Oğru Quli”.
 
Məlumatda qeyd edilir ki, onun tərəfdarları yaxınlarda Bakıda digər "qanuni oğru” Rafik Masallılı kimi tanınan Rafik Eyvazovun tərəfdarları ilə atışıblar.
 
Toqquşmada 20 nəfərə yaxın adam iştirak edib. Xəsarət alanlar var. Buna səbəb ötən ilin sonlarında Rafik Masallılıya qarşı törədilən hücumdur. Onu o vaxt döyüblər, hətta qulağını da kəsiblər.
 
Xatırladaq ki, Rövşən Lənkəranskinin ötən ilin avqustunda İstanbulda öldürülməsindən sonra Azərbayca diasporunun Sverdlovsk vilayətinə yeni "baxıcısı”nı tanıtacaqları barədə şayiələr dolaşırdı.

Administratorla əlaqə

077 611-55-22

[email protected]