İdman

Messi öz adına park açır

2-06-2017, 21:58

“Barselona ”nın hücumçusu Lionel Messi öz adına park açmağa qərara gəlib.

Xeberman.com məlumatına görə, bu barədə “Independent ” nəşri yazır.

Çində salınacaq “Messi Experience Park”ın açılışı 2019-cu ilə nəzərdə tutulub. Parkda 20 atraksion olacaq.

Bundan əlavə parkın ərazisində futbolçunun karyerası ərzində ən yaxşı anlarını izləmək üçün virtual reallıq eynəyindən istifadə ediləcək.

“Mən ziyarətçiləri idmanla məşğul olmağa ruhlandırmaq istəyirəm. Ümid edirəm ki, onlar parkda olanda məni öz yanlarında hiss edəcəklər”, - Messi deyib.

Qeyd edək ki, 2016/2017 mövsümündə argentinalı hücumçu 55 qol vurub və 11 məhsuldar ötürmə edib. “Barselona ” İspaniya çempionatında yalnız əzəli rəqibi “Real”dan geri qalaraq ikinci yer tutub. Çempionlar liqasında isə kataloniyalılar “Yuventus” a məğlub olaraq mübarizəni dayandırıblar - 0:3.

Administratorla əlaqə

077 611-55-22

[email protected]