Media

Əfqan Muxtarlının həbs müddəti daha iki ay uzadılıb

13-10-2017, 22:36
Əfqan Muxtarlının həbs müddəti daha iki ay uzadılıb
Bu gün Nəsimi Rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının barəsində seçilmiş həbs qətimkan tədbirininindaha iki ay uzadılması ilə bağlı baş prokurorun birinci müavini Rüstəm Usubovun vəsatətinə baxılıb.

"Report"un məlumatına görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, R.Usubovun vəsatətini təmin edilib, Ə.Muxtarlının barəsində seçilmiş həbs qətimkan tədbiri daha iki ay uzadılıb.

Qeyd edək ki, rəsmi məlumata görə, Ə.Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə.Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə.Muxtarlı inzibati qaydada tutularaq üzərində şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.

Ona Cinayət Məcəlləsinin CM-nin 318-ci (Dövlət sərhədinin qanunsuz olaraq keçmə) və 206-cı (qaçaqmalçılıq), 315-ci maddəsi (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.

Səbail Rayon Məhkəməsində Ə.Muxtarlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]