Ölkə / İslam

Aşura günü asayişi pozan 4 nəfər həbs edildi

4-10-2017, 14:40

Gəncə şəhərindəki “İmamzadə” məscid-kompleksində Aşura günü ictimai asayişi pozan və polisin qanuni tələblərini yerinə yetirməyən 4 nəfər saxlanılıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, onlar barəsində Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb.

Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]