Əsas Səhifə / Xəbərlər

Millət vəkili: “İş adamı ilə danışdım, bütün xərcləri öz üzərinə götürdü və gəncin telefon nömrəsini istədi…”

2-10-2017, 20:32
Millət vəkili: “İş adamı ilə danışdım, bütün xərcləri öz üzərinə götürdü və gəncin telefon nömrəsini istədi…”
“Bir müddət əvvəl mənə bir gənc oğlan müracət etdi. O orta təhsilli olduğunu, minik avtomobillərinin dizaynına maraq göstərdiyi haqqında məlumat verdi. O, mənə öz eskizlərini də göndərmişdi, avanqard xarakterli dizaynlar gəncin çox istedadlı olduğunu göstərirdi”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə “Facebook” stutusunda yazıb.

“O, öz təkliflərini dünyanın bir çox məşhur avtomobil şirkətlərinə göndərib”-deyə, qeyd edən millət vəkilinin yazdığına görə, Almaniyanın BMW şirkəti həmin gəncə cavab verərək, onu özünün xüsusi məktəbinə oxumağa dəvət edir, ancaq orada oxumaq üçün alman dilinin mükəmməl bilməsi tələb edilir.

“Oğlan alman dili kurslarına və sonradan Almaniyaya getməyə imkanı olmadığını bildirir və köməklik istəyirdi.

Bu gün onun məsələsini bir iş adamına danışdım, o, bütün xərcləri öz üzərinə götürdü və gəncin telefon nömrəsini istədi…”-deyə, millət vəkili sonra qeyd edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]