Xəbərlər / Şikayət

""Araz" marketdə müştərilərin bonusu "yoxa çıxır" - ŞİKAYƏT + AÇIQLAMA

20-09-2017, 13:23

"Araz" mağazalar şəbəkəsi oğurluqda ittiham olunur.

Bakıda fəaliyyət göstərən "Araz" Marketlər Şəbəkəsi müştərilərin alış-veriş etdiyi kartlardakı bonusları öz kartlarına daxil edir.

Bu kartlarla bağlı mətbuatda mütəmadi olaraq yazılar yayımlanır.

AZXEBER.COM-a şikayət edən müştəri, Haniyə Ərdəbili bildirib ki, "Araz" marketdə bonusları "yoxa çıxır": "Mən uzun müddətdir ki, Araz marketdən alış-veriş edirəm. Təbii ki, bir çox marketlərdə olduğu kimi Araz marketdə də, kart təqdim edilir və bizim alış-veriş etdiyimiz bonuslar həmin karta daxil edilir. Mən bu gün kartımı yoxlatdırdım və diqqətimi çəkən məqam oldu ki, 480 bonusdan – cəmi 12 bonus qalıb. Bu necə ola bilər ? Əslində hər dəfə baxırdım nəsə azalır, amma fikir vermirdim, bu gün əmin oldum ki, alış-verişdən topladığım bonuslar oğurlanır və yenidən öz ciblərinə gedir. Böyük bir market şəbəkəsi bu oğurluğu niyə etməlidir ? Bəlkə də düşünürlər ki, mən turistəm və asanlıqla bonusumu oğurlayıblar. Düşünürəm ki, bu hörmətsizlikən yaranan qalmaqal digər müştərilərin diqqətini çəkəcək və mağaza öz müştərilərini yavaş-yavaş itirməyə başlayacaq.

Məsələylə bağlı Araz Marketin rəsmi açıqlamasını təqdim edirik: ""Araz" Supermarketlər şəbəkəsində digər marketlərdən fərqli olaraq hər 10 manat dəyərində alış-verişə görə müştəri kartına 1 bonus yüklənir. Bir bonus 0.20 manat dəyərindədir. Bonus kartlarda toplanan bonusları müştərilərimiz alış-veriş edən zaman ödəniş kimi istifadə edə və yaxud da hədiyyə qarşılığını müştəri xidmətlərindən əldə edə bilər. Hənifə Ərdəbili adlı müştəri Araz Supermarketlər şəbəkəsinin bonus sitemində qeydiyyatda yoxdur.
Ümumiyyətlə, adı qeyd olunan müştəri bonus kartla bağlı bizə müraciət etməyib. Bundan başqa şəkildə qeyd olunan bonus kartın alış-veriş tarixçəsinə baxıldı. Alış veriş tarixçəsinə əsasən müştərinin qeyd etdiyi kimi 480 bonusun toplanması qeyri mümkündür. Müştəri bonusların toplanmasında neqativ hallların olduğunu iddia edir. Biz müştərinin razılığı olarsa alış-veriş hərəkətlərini və bonus xalların toplanmasında heç bir neqativ halın olmadığını göstərə bilərik. Əgər müştərilərimiz bonus kartla bağlı hər-hansı bir neqativ halla qarşılaşarsa 012924 nömrəsinə zəng edərək və ya facebookda yazaraq bizi məlumatlandıra bilərlər. Müştərilərimiz "müştəri hüquqları” və bonus kart ilə bağlı ətraflı məlumatı http://arazmarket.az/ saytından əldə edə bilərlər.


Administratorla əlaqə

077 611-55-22

[email protected]