Xəbərlər / Maraqlı

Bakıda qadın taksi sürücüsü: Bu, özümə də ləzzət elədi – VİDEO

18-09-2017, 18:12

Bakıda Günel adlı sürücü 4 ildir ki, taksi sürdüyünü və başına maraqlı hadisələrin gəldiyini deyir.

Xeberman.com Yeni Avaz-a istinadən xəbər verir ki, Zaqataladan olan sürücü Günel deyir ki, 16 ildir avtomobil idarə edir.

“Amma 4 ildir taksi sürücüsü kimi işləyirəm. Ailəmdə icazə vermirdilər, amma taksi sürməyə başladım. Çünki bu sənətə böyük həvəsim var. Ailəm sonradan mənə dəstək oldu”, - deyə Günel bildirib.

Onun sözlərinə görə, bu sənətdə çətinliklər çoxdur.

“Hər cür adama rast gəlirsən. 4 gün əvvəl sərnişinlərdən biri əsəblərimlə oynadı. Sulutəpəyə gedirdi. Vurub onu avtomaşından saldım. Bu hərəkətimdən xoşum gəldi. Özümə ləzzət elədi”, - deyə sürücü Günel deyib.


Administratorla əlaqə

077 611-55-22

[email protected]