Xəbərlər / Şikayət / Foto Fakt

Bakıda yol polisi hamilə qadını və taksi sürücüsünü təhqir edib, cərimələdi - FOTO

28-06-2017, 17:41

Bu gün Bakıda yol polisi ilə taksi sürücüsü arasında insident yaranıb.

Bu haqda AZXEBER.COM-a sürücü Fuad Dərgahov məlumat verib.

Onun dediyinə görə, yol polisi sürücünü cərimələyib: "Bu gün saat 13:53-də taksimə müştəri götürdüm. Müştəri hamilə qadın idi və yanında azyaşlı uşaq var idi. O üstündə milli valyutanın olmadığını və pulunu dəyişmək üçün bir yerdə saxlamağı xahiş etdi. Mən də qadına əziyyət vermədim və özüm düşüb, pulu xırdaladım. Bu cəmi 3 dəqiqə çəkdi".

Həmin an əraziyə DYP əməkdaşı Hümmətov İlqar İlham oğlu yaxınlaşdı. Mən avtomobilin yanında idim, ancaq o serjant buna məhəl qoymadı və məni cərimələdi.

Sürücü deyib ki, yol polisi hamilə qadının xahişlərini də nəzərə almayıb: "Hamilə qadın da düşdü avtomobildən. Dedi ki, mənə görə oldu hadisə, xahiş edirəm ki, mənim bu vəziyyətimi nəzərə alın. Ancaq həmin əməkdaş qadını da, məni də aşağıladı və dedi ki, mənim üçün fərqi yoxdur".

Hadisə Netçilər prospektində olub. Dərgahov deyib ki, həmin ərazidə başqa avtombillər olsa da, yol polisi yalnız onu cərimələyib.

Sürücü protokolu da təqdim edib və həmçinin deyib ki, hadisə ilə bağlı DİN-in 102 qaynar xəttinə müraciət edib.


Administratorla əlaqə

077 611-55-22

[email protected]