Xəbərlər / Dünya

Larri Kinq xərçəngə qalib gəldi

14-09-2017, 08:20

Tanınmış amerikalı jurnalist Larri Kinq bəyan edib ki, ağ ciyərində xərçəng şişinin götürülməsinə dair əməliyyat olunub.

Oxu.Az-ın xəbərinə görə, o bu barədə US Weekly nəşrinə danışıb.

Həkimlər onda erkən dövrdə xərçəng şişi aşkarlayıblar. İyulun 17-də Larri Los-Ancelesdə əməliyyat olunub və bir ağ ciyərinin 20 faizini itirib.

İki həftədən sonra jurnalist öz işinə qayıdıb. Kinqin sözlərinə görə, 30 ildən artıqdır ki siqaret çəkməyir, lakin məhz bu pis vərdiş xəstəliyə səbəb olub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]