Xəbərlər

Ermənistan ordusunda daha bir müəmmalı ölüm

6-09-2017, 11:15

Ermənistan ordusunda daha bir ölüm hadisəsi qeydə alınıb.

Oxu.Az-ın məlumatına görə, hadisə sentyabrın 2-də Azərbaycanın işğal olunmuş Xocavənd rayonunda yerləşən Ermənistan ordusunun bölmələrindən birində baş verib.

Müəmmalı şəraitdə ağır yaralanan, Kanakerdən olan hərbi qulluqçu Qvidov Petrosyan hərbi tibb məntəqəsinə gecikdirildiyindən dünyasını dəyişib.

Hərbçinin valideynlərini qəzəbləndirən isə istintaq sirri olması bəhanəsi ilə Q.Petrosyanın hansı şəraitdə, nə səbəbdən öldüyü, yaxud öldürüldüyü barədə onlara heç bir xəbərin verilməməsidir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]