Dünya

Myanmanı zorakılıqlarla əlaqədar tərk edən müsəlmanların sayı 90 minə çatıb

5-09-2017, 09:22
Myanmanı zorakılıqlarla əlaqədar tərk edən müsəlmanların sayı 90 minə çatıb
Myanmanın qərbindəki Rakhayn ştatında son on gündə davam edən münaqişə səəbəbindən ölkəni tərk edən qaçqınların sayı 90 min nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "Reuters" sərhəd zonasında olan BMT müşahidəçilərinə istinadən xəbər verib. Şahidlərin sözlərinə görə, bəzi qaçqınlar odlu silahlardan açılan atəşlə yaralanıblar.

Qeyd edək ki, ölkədə minlərlə müsəlmanın evi yandırılıb. Qaçqınların böyük qismi Banqladeşə üz tutub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]