Dünya

Şri-Lankada daşqınlar 146 can aldı

28-05-2017, 16:51

Şri-Lankada daşqınlar nəticəsində ölənlərin sayı 146 nəfərə çatıb.

BakuPost.az-ın xarici mətbuata istinadən məlumatına görə, daha 112 nəfər itkin düşüb. 500 minə yaxın insan daşqınlar səbəbindən evlərini tərk etmək məcbutiyyətində qalıblar.

Təbii fəlakətlərlə mübarizə mərkəzinin məlumatına görə, 2 minə yaxın ev zərər çəkib və ya tamamilə dağılıb.

Şri-Lanka rəhbərliyi yardım üçün BMT və Cənubi Asiya ölkələrinə müraciət edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]