Dünya

Ərdoğan Arakan müsəlmanları ilə bağlı danışıq apardı

3-09-2017, 13:25
Ərdoğan Arakan müsəlmanları ilə bağlı danışıq apardı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan, Seneqal və Nigeriya prezidentləri ilə telefon əlaqəsi yaradıb.

Axar.az xəbər verir ki, türk lider dövlət başçılarının və ölkə xalqlarının Qurban bayramını təbrik edib.

Ərdoğan həmçinin Myanmanın Arakan bölgəsində müsəlmanlara qarşı törədilən qırğınların qarşısını almaq üçün birgə hərəkət etmənin vacibliyini bildirib.

Qeyd edək ki, bundan öncə Ərdoğan Qətər, İran və Mavritaniya liderləri ilə telefon danışığı aparmışdı.

Administratorla əlaqə

077 611-55-22

[email protected]