Dünya

Maduro dünyaya çağırış etdi: ABŞ beynəlxalq hüququ pozur

23-08-2017, 11:43
Maduro dünyaya çağırış etdi: ABŞ beynəlxalq hüququ pozur
Venesuelanı sanksiyalarla və hərbi müdaxilə ilə təhdid etməklə ABŞ beynəlxalq hüququ pozur.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Venesuela Prezidenti Nikolas Maduro söyləyib.

“ABŞ Prezidenti Donald Tramp bizi hərbi müdaxilə ilə təhdid edir. Bu, ciddi bəyanatdır. ABŞ bununla beynəlxalq hüququ pozur. Biz bu gün aqressiya obyektiyik. Venesuelanın nüvə başlıqları, xaricdə bazaları yoxdur, ona görə də biz bu aqressiyaya qarşı KİV-lərlə birgə mübarizə aparacağıq”, – deyə o bildirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]