Əsas Səhifə / Xəbərlər

Mədət Quliyev : "Azərbaycan beynəlxalq terrorizmlə mübarizəyə öz töhfəsini verir"

3-03-2017, 13:18

“Dünyada təhlükəsizliyi ciddi təhdid edən terrorçuluq, ekstremizm və radikalizmlə mübarizə Azərbaycan üçün çox mühüm bir məsələdir. Azərbaycan beynəlxalq terrorizmlə mübarizəyə öz töhfəsini verir”.

Xeberman.com Modern.az-a istinadla xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, son dövrlərdə Mərkəzi Asiya və Yaxın Şərqin bir sıra ölkələrində cərəyan edən proseslər beynəlxalq əmin-amanlığı qorxulu təhlükələrlə, o cümlədən terrorizm, ektremizm və digər qorxulu təhdidlərlə üzləşdirib.

“Bu gün İŞİD və digər terrorçu təşkilatlar ölkələrin ərazilərini işğal edərək beynəlxalq təhlükəsizliyə təhdid yaradır”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]