İdman

Rəsul Çunayev liderdir

14-08-2017, 12:34

Dünya Güləş Birliyi gələn həftə start götürəcək Dünya çempionatı öncəsi güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.

Xeberman.com Qafqazinfo-ya istinadən xəbər verir ki, ilk onluqda ümumilikdə 19 güləşçimizin adı var.

Sərbəst güləşçilərin siyahısında Georgi Edişeraşvili (57 kq), yunan-Roma güləşçilərin siyahısında Rəsul Çunayev (71 kq) öz çəkilərində ilk sırada qərarlaşıb.

Sərbəst güləşçilərimizdən Mahir Əmiraslanov, Hacı Əliyev, Qalib Əliyev, Cəbrayıl Həsənov, Murad Süleymanov, Aleksandr Qostiyev, Aslanbek Alborov və Cəmaləddin Məhəmmədovun adı ilk onluğa daxil edilib.

Qadın güləşçilərdən Mariya Stadnik, Nataliya Sinişin, Alyona Kolesnik və Tatyana Omelçenko onluqda yer alıb.

Yunan-Roma güləşçilərinin onluğunda isə Elvin Mürsəliyev, Rafiq Hüseynov, İslam Abbasov, Orxan Nuriyev və Sabah Şəriətinin adlarını görmək mümkündür.

Administratorla əlaqə

077 611-55-22

[email protected]