Mədəniyyət

"Bəyin oğurlanması" filminin çəkildiyi kənddə 5 ulduzlu hotel tikiləcək

14-08-2017, 12:33

Şamaxı rayonunda 150 otaqlı yeni 5 ulduzlu hotel tikiləcək.

Oxu.Az Marja-ya istinadən xəbər verir ki, fiziki şəxs tərəfindən tikiləcək hotelin tikintisi üçün Məlhəm bələdiyyəsi ərazisində 17 hektar sahə ayrılıb.

Fiziki şəxsin adı açıqlanmır.

Məlumat üçün qeyd edək, "Bəyin oğurlanması" filmi Şamaxının Məlhəm kəndində çəkilib. Şamaxının Məlhəm kəndi Azərbaycanın ən qədim kəndlərindən biridir. Kənd Azərbaycanda elm ocağı kimi tanınır. Burada yetişən saysız alimlər, şairlər və elm adamları saymaqla bitməyəcək qədər çoxdur. Böyük şairlərdən biri olan Əfzələddin Xaqani Məlhəm kəndində anadan olub və bir şair kimi yetişib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]