Ölkə

Fermerlər dad eləyir: “Cənab prezident, Şamaxının başçısı su satır”

21-06-2017, 03:44
Fermerlər dad eləyir: “Cənab prezident, Şamaxının başçısı su satır”Şamaxı əhalisi icra başçısı Asif Ağayevlə I müavini Qasım Qasımovun istibdadı altında inildəyir

Ulus.Az-a rayondan gələn xəbərlərdə Şamaxı rəhbərliyinin camaatın başına min bir oyun açdıqları söylənir.

İcra başçısı ilə müavini sahibkarların, fermerlərin, sakinlərin başına oyun açırlar. Onlardan prezidentə, ölkə rəhbərliyinə gedən şikayətlərin dosyesi hazırlanır.

İddialara görə, çıxarılacaq icra başçıları arasında Şamaxının hakimi-mütləqi də var. Eyni zamanda onun qeyri-qanuni işlərini idarə edən müavini Qasım Qasımovla bağlı hüquq-mühafizə orqanlarına şikayətlər ünvanlanır.

Sakinlərdən biri Fərman Qulamov deyir ki, keçən il susuzluqdan yanan sahəni ağır texnika gətizdirib təmizləyəndə dözə bilmədi, ağladı:

“Elə bil, öz əziyyətimi kürüyüb çaya tökürdüm. Əziyyəti və xərc çəkməyi bizə qalır. Bu boyda problemin həlli bircə arxa bağlıdır. O arxı da sanki qəsdən, əhaliyə əzab vermək üçün çəkmirlər”.

F.Qulamov 10 hektar sahədə qarğıdalı, daha 10 hektar sahədə isə günəbaxan əkib. Ancaq susuzluqdan yanan sahələr çəyirtkə və başqa həşəratlarla dolub:

“Kəndlilər yerli dövlət qurumlarına çox gözəl təkliflər irəli sürüblər. Sadəcə, bu təklifləri gerçəkləşdirməyə maliyyə lazımdır. Özü də bu maliyyə hökumət üçün elə də böyük xərc deyil.

Təklifimiz odur ki, məsələn, yağıntı zamanı dolan əkin sahələrindəki suların suvarmadan kənarda qalan sahələrə ötürülməsi üçün arxlar çəkilsin.

Yasər Namazovunsa, əksinə, əkin sahəsini su basıb. O, suyu çəkməyə 16 hektarlıq sahəyə xüsusi qurğular gətizdirib. Ancaq buna baxmayaraq, özü demişkən, itirdiyini itirib.

Susuz sahələrə yaxın Hacıqədirlidə göl var, sanki fermerlərə gözdağıdır. Suyu ilboyu Şamaxıdakı bütün əkin sahələrinə bəs edər. Gəl ki, göldən arxlar çəkilmir.

Yazıq kəndli suyu pulla alır.

Ulus.Az xəbər verir ki, su satışıyla da icra başçısının öz adamları məşğul olur. A.Ağayev Şamaxını Kərbəlaya çevirərək biznes qazanıb, pul əldə edir. Fermerlərə su satan icra başçısı Azərbaycanda ilk adam Şamaxıdadır.

Şamaxıda bütün işlərə şəxsən rəhbərlik edən 1-ci müavinin bunca səlahiyyət və cəsarət sahibi olmasının səbəblərinə gəlincə isə mənbə aşağıdakıları söyləyib: “Şamaxı RİH başçısı Asif Ağayev xaraktercə olduqca mülayim şəxdir. Digər tərəfdən isə hakimiyyət düşərgəsində ciddi dəstəkçisinin olmaması onun bir qədər ehtiyyatlı davranmasına səbəb olur. Amma RİH başçısının 1-ci müavini Qasım Qasımova gəldikdə isə vəziyyət tamamilə fərqlidir. Onun arxasında duran qüvvələr var”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]