Xəbərlər / Ölkə

“AA” seriyalı “Lexus”un öldürdüyü piyadanın adı məlum oldu – YENİLƏNİB

7-08-2017, 15:55

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, avqustun 5-də, saat 21:00 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini Elvin İsmayılzadə idarə etdiyi “Lexus” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Mübariz Dalovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

06.08.2017 (17:35)

Piyadanı vuraraq öldürən 99 AA 159 dövlət qeydiyyat nişanlı “Lexus”un sahibinin adını məlum olub.

Oxu.Az enter.news-a istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən açıqlamada qəza törətmiş avtomobilin GESCO Mühafizə Şirkətinə məxsus olduğu deyilib.

Məlumat üçün qeyd edək ki, “GESCO” mühafizə və təhlükəsizlik şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Şirkətə AR Daxili İşlər Nazirliyi tərəfindən 03.02.2009 tarixində müvafiq lisenziya verilib.

14:42

Bakıda ağır yol qəzası baş verib.

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, Xəzər rayonu ərazisində - dəniz sahilinə gedən yolda 90 AA 159 dövlət qeydiyyat nişanlı “Lexus” yolu keçən piyadanı vurub. Ağır xəsarət alan 45 yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, qəzanı törədən avtomobil özəl şirkətlərdən birinə məxsusdur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]