Xəbərlər

Hakerlər “Taxt oyunları”nın ssenarisini oğurladı

1-08-2017, 14:19

Hakerlər HBO telekanalına müdaxilə edərək məşhur “Taxt oyunları” (“Game of thrones”) seriyalının 7-ci mövsümünün 4-cü seriyasının ssenarisini ələ keçiriblər. Bu bölüm hələlik efirə çıxmayıb.

Xeberman.comlent.az-a istinadən xəbər verir ki, ssenaridən başqa, hakerlər “Futbolçular” və “104-cü otaq” seriallarının bir neçə epizodunu da oğurlayıb.

HBO haker hücumunu təsdiqləsə də, konkret nələrin oğurlandığını açıqlamayıb: “Bu yaxınlarda biz haker hücumu yaşadıq və bu, konfidensial informasiyanın açılmasına gətirib çıxardı. Biz dərhal hadisənin təhqiqatına başlamışıq. Məlumatların müdafiəsi bizim prioritet vəzifəmizdir və biz buna ciddi yanaşırıq”.

Hakerlər isə 1,5 terabayt material ələ keçirdiklərini bildiriblər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]