Texnologiya

Çində beş min haker həbs olunub

19-07-2017, 15:22

Son dörd ay ərzində Çində şəbəkədə şəxsi məlumatların oğurlanması işi ilə bağlı 5 min nəfərə yaxın haker saxlanılıb.

Xeberman.com lent.az-a istinadən xəbər verir ki, burada söhbət şəxsi məlumatların hakerlər tərəfindən sındırılmasından və oğurlanmasından gedir.

Qeyd edilən müddət ərzində Çinin hüquq-mühafizə orqanları bütün ölkə üzrə keçirilən xüsusi əməliyyatlar nəticəsində 1800-dən artıq işin araşdırmasını yekunlaşdırıb.

Qurumun yaydığı məlumata əsasən, çox vaxt məlumatların sızmasının mənbəyi iri şirkətlərin və ictimai təşkilatların əməkdaşları olurlar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]