Ölkə

ATBİ-nin direktoru Elxan İzzət oğlu Orucov işçiləri qeyri-qanuni olaraq işdən çıxarır.

23-07-2017, 16:16
Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin Təhlükəsizlik direktoru Elxan İzzət oğlu Orucov işçiləri qeyri-qanuni olaraq işdən çıxarır.Bu barədə ATBİ-də işləmiş ,bir neçə gün bundan öncə qeyri-qanuni olaraq işdən azad olunmuş Vəliyev Toğrul Nazim oğlu Xeberman.com saytına və digər dövlət orqanlarına işdən qeyri-qanuni olaraq azad olunmağı ilə bağlı müraciət ünvanlayıb.Xeberman.com saytı olaraq həmin müraciəti oxuyucularımıza təqdim edirik.
Surəti:Azərbaycan Respublikasının I vitse Prezidenti Mehriban xanım Əliyevaya
Surəti: Azərbaycan Respublikası Milli Məclisin Sədrinin birinci müavini-Təhlükəsizlik və Müdafiyə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov cənabına
Surəti:Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov cənabına
Surəti: Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəisi General leytinant Mədət Quliyev cənabına
Surəti:Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova xanıma
Surəti: Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin Prezidenti Cahangir Əsgərov cənabına
Surəti: Azərbaycan Respublikasının Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev cənabına
Surəti: Azərbaycan Respublikasının Milli Məclisinin Deputatı Qənirə Paşayeva xanıma
Tovuz Rayon Bayramlı kənd sakini Vəliyev Toğrul Nazim oğlu tərəfindən

Ə R İ Z Ə
Mən Vəliyev Toğrul Nazim oğlu 1978- ci ildə Tovuz rayonu Bayramlı kəndində anadan olmuşam.Ali təhsilliyəm, ailəliyəm iki azyaşlı övladım var. 2003-cü ildə həqiqi hərbi xidmətə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Yuxarı Buzqov kəndində erməni ilə üzbə üz səngərdə Taqım kamandiri vəzifəsində başlamışam .2005-ci ilin May ayından Baş leytinant hərbi rütbəsi ilə ehtiyata buraxılmışam.07.11.2016-cı il tarixində Heydər Əliyev Beynəlxalq aeroportunda Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin Təhlükəsizlik xidmətində Qarovul rəisinin köməkçisi vəzifəsində işə qəbul olunmuşam.2017-ci il 26 Aprel tarixində Aviasiya Təhlükəsizlik Baş İdarəsinin direktoru Elxan İzzət oğlu Orucov məni çağırıb sənin cinayət işin var Aviasiya Təhlükəsizlik Baş İdarəsində işləməyə laiq deyilsən dedi.Mən ATBİ-nin direktoruna bildirdimki, mənim heç bir cinayət işim yoxdur hərbi xidmətimi layiqincə yerinə yetirmişəm.ATBİ direktoru Elxan İzzət oğlu Orucov və onun müavini Cəbrayılov Etibar Böyükkişi oğlu mənim əraziyə buraxılış kartımı bağlatdırmışlar,12.07.2017-ci il tarixində xidmətim zamanı Aviasiya Təhlükəsizlik Baş İdarəsi üzrə kadrların rəisi Mikayılov Vidadi məni kadrlar şöbəsinə çağıraraq mənimlə bağlanan müqavilənin ləğv olunması haqqında məlumat verdi.Mənə möhürsüz əmr göstərərək onu imzalamağımı tələb etdi, mən heç bir möhürsüz sənədi imzalamadım.Buna görə məni xidmətimi dayandırıb iş yerimi tərk etməyə məcbur etdilər.Mənim əmək müqaviləm AZAL QSC-nin Prezidenti Cahangir Calal oğlu Əsgərov tərəfindən müddətsiz olaraq bağlanmışdır.Hal hazırda qeyri qanuni olaraq məni işə buraxmırlar.
Yuxarıda qeyd olunanları nəzərə alıb məni yenidən öz işimə bərpa olunmağıma köməklik edəsiniz . Müvəqqəti yaşadığım ünvan Xəzər Rayonu Binə Qəsəbəsi Yeni massiv

İmza: Vəliyev.T.N

Administratorla əlaqə

077 611-55-22

[email protected]