Xəbərlər / İdman

Dünya çempionu ilə bağlı hökm dəyişmədi

22-07-2017, 16:35

Narkotik vasitələrin qanunsuz dövriyyəsində və satışında təqsirləndirilən dünya çempionu Renad Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Xeberman.com Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, hökm dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Renad Əliyev karate üzrə ikiqat Avropa Çempionu, beynəlxalq dərəcəli hakim, Ümumdünya Şotokan Karate Federasiyasının Azərbaycandakı nümayəndəsidir.

R.Əliyevin qardaşı Riyad Əliyev Təfəkkür Universitetinin Kiyev filialının rektoru olub. O, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən İnterpol xətti ilə axtarışa verilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]