Xəbərlər / Maraqlı

Cənubi Koreyada 149 iti ət fermasından xilas etdilər

21-07-2017, 11:06
Cənubi Koreyada 149 iti ət fermasından xilas etdilər
Cənubi Koreyanın Yesan bölgəsində 149 it xilas edilib. Onlar it ətindən sosiska, kolbasa hazırlamağa hazırlaşırdılar. Bu barədə Heyvanları Müdafiə Təşkilatının press relizində yazılıb.

İt fermasının sahibi isə öz fəaliyyət növünü dəyişdirməyə qərar verib və heyvanların müdafiəsi ilə məşğul olub. O, itləri buraxmağa və kənd təsərrüfatı mədəniyyəti ilə məşğul olmağa qərar verib. Sözügedən təşkilat ona bu planını həyata keçirməyə yardım edir.

Fermada saxlanılan heyvanların böyük əksəriyyətini ABŞ-dakı heyvan sığınacağına göndəriblər. Bir neçə küçüyü isə böyüyənə qədər Cənubi Koreyada saxlamağa qərar veriblər. Bu itləri ümumən ildə bir dəfə keçirilən Poknal günlərində kəsirlər. Bu günlərdə it ətindən hazırlanan şorbalar bişirilir. İt ətinin 70-80 faizi məhz həmin ərəfədə idxal edilir. 2014-cü ildən etibarən təşkilat Koreyada 10 it fermasının bağlanmasına nail olub.

Musavat.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]