İdman

“Qəbələ” Polşadan inamlı qələbə ilə qayıdır - Növbədə “Panatinaikos”dur

21-07-2017, 01:32

Azərbaycanın “Qəbələ” klubu Avropa Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb.

Poşada keçirilən cavab qarşılaşmasında Roman Qriqorçukun yetirmələri “Yagelloniya” komandasını 2:0 hesabı ilə məğlub ediblər.

Xatırladaq ki, Azərbaycanda keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatmışdı.

“Qəbələ”nin heyətində İlqar Qurbanov və Filip Ozobiç fərqləniblər.

Növbəti mərhələdə “Qəbələ” Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq. // Oxu.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]