Əsas Səhifə / Ölkə

Diaspor təşkilatı rəhbərindən çağırış

26-01-2015, 14:33

Rəşad Əlizadə: “Biz azərbaycanlılar birlik arzusunu sadəcə dilə gətiririk, əməldə bunu göstərmirik”
Almatada fəaliyyət göstərən TURAN Azərbaycanlıları Konqresinin sədri Rəşad Əlizadə sosial səhifəsində bütün dünyadakı Azərbaycan diaspor təşkilatlarına müraciət edərək birlik və həmrəylik nümayiş etdirmələrini xahiş edib: “Xahiş edirəm, sadəcə bütün məqamlarda öz əqidənizin tələbinə uyğun hərəkət etmək, yaşamaq və fəaliyyət göstərmək lazımdır. Başqasının basqısına məruz qalmaq heç bir türkə yaraşmır. Biz müstəqil Azərbaycanın övladlarıyıq, bu dövlət və millətin azadlığı və müstəqilliyi uğrundan canımızdan keçmişik. Harada olmağımızdan asılı olmayaraq bu prinsip və dəyərlərimizi qorumalıyıq”.
R.Əlizadə onu da bildirib ki, Türk Xalqları Mədəniyyəti Fondunun nəznində Azərbaycan mədəniyyətini tanıtmaqı öz öhdəsinə götürüb və fondun sayəsində bir çox uğurlar qazanıb: “Qazaxstana ilk gəldiyim gündən heç kəsi tanımırdım. Almata şəhərində marağımı çəkən binaların köhnəliyi oldu. Burada bütün sahələrdə işlər getsə də, Türkiyədən gələn tanınmış inşaat şirkətləri vardır ki, Almata şəhərinin bir çox yeni tikilən binaları onlar tikirlər. Geyim və Qida bazarının çoxluğunu Türkiyə istehsalatı təmin edir. Təəssüflə bildirim ki, Azərbaycandan sadəcə bir şirkət burda filial açıb, o da “Azersun” holdingdir. Türk Xalqları Mədəniyyəti Fondunun başçısı Ahmet Dagduran artıq 15 ildən çoxdur ki, Almatada yaşayır və onun yaratdığı fond bir çox işlər görüv, İndiyə qədər və bir çox Türkiyə iş adamları Almataya gəlmədən öncə onunla əlaqə saxlayır, o, isə hər kəsə öz yardımını edir. Bizim azərbaycanlılarımız isə bir çoxu mənim kimi tanımadığı ölkəyə gəlir, tanımadığı insanlar arasında iş qurur və çox vaxt da ziyan edirlər”.
R.Əlizadə onu da vurğulayıb ki, bəzi azərbaycanlıların psixologiyasına hörmətlə yanaşıb TURAN adlı Azərbaycanlıların Konqresi İctimai Birliyinin rəhbəri oldum: “Məqsədimiz ancaq Qazaxıstandakı azərbaycanlıları bir araya gətirmək, onların problemləri ilə maraqlanıb həllinə nail olmaq, hüquqlarını qorumaqla yanaşı, Azərbaycanın tarixi və mədəniyyətini, haqqını burada təbliğ etməkdir. Bundan əlavə TUDİB adlanan Türk Dünyası İş Adamları birliyinin maliyyə müşaviri vəzifəsinə təyin olundum. Birliyimizin tərkibində Özbəkistan, Qırğızıstan, Türkəminstan, Qazaxstan, Azərbaycan, Türkiyə və hətta Monqolıstandan iş adamları var. Nəzərinizə çatdırım ki, Qazaxstan, bəlkə də Orta Asiya coğrafiyasında yeganə yerdir ki, burada türkcülüyə bu qədər önəm verirlər. Mustafa Kamal Atatürk, Məhəmməd Əmin Rəsulzadə və digər öndərləri, bir sözlə türkcülük uğrunda mübarizə aparan dahiləri burada bəlkə bizdən daha yaxşı tanıyır və təbliğ edirlər. Qazaxstanda iş adamları, millət vəkilləri, bələdiyyə sədrləri olan dostlarım var ki, hər kəs eyni söz deyir: “Bir çox azərbaycanlı var ki, gəlirlər Qazaxstana iş qururlar, lakin sonra işləri alınmır, niyə? Bu suala mənim bir cavabım var və bu faktdır: “Azərbaycanlı iş adamı bir azərbaycanlı ilə iş münasibətinə girmir və çalışır ki, xarici millətlərlə daha çox əlaqədə olsun. Düşünün, azərbaycanlı restoran açır və o restorana rus, ingilis, hətta erməni gedir, amma azərbaycanlı getmir. Psixologiya odur ki, Azərbaycanda yediyim yeməyi niyə burda yeyim. Bizdə xarici istehsalata daha çox önəm verilir. Mənim fikrimcə bu yalnışdır. Biz azərbaycanlılar birlik arzusunu sadəcə dilə gətiririk, əməldə bunu göstərmirik”.
R.Əlizadənin sözlərinə görə, TURAN Azərbaycanlıları Konqresi 1996-cı ildən yaranıb: “Bir ildir ki, bu təşkilata mən rəhbərlik edirəm. Bu müddət ərzində müxtəlif tədbirlər həyata keçirmişik: Heydər Əliyevin vəfatının növbəti ildönümü, 31 dekabr dünya Azərbaycanlılarının həmrəylik günü, 20 Yanvarın 25 illiyi və s. Tədbirlərimizdə Qazaxıstanda faəliyyət göstərən xarici diaspor təşkilatı nümayəndələri də iştirak ediblər. Bundan başqa Azərbaycan dilinin öyrədilməsi kursu da açmışıq ki, hazırda 12 dinləyicimiz var”.
Diaspor təşkilatı rəhbəri ona basqıların olduğunu da dilə gətirib: “Misal üçün keçən günlərdə sosial səhifəmdə nəqliyyat naziri Ziya Məmmədovla bağlı yazdığım statusdan sonra mənə yerli diaspor tərəfindən zəng gəldi və deyildi ki, özümə aid olan işlərə baş qoşmayım, əks halda cəmiyyətin fəaliyyəti dondurula bilər. Mən yenə də buna əhəmiyyət verməyib öz doğru bildiyim işi görürəm. Burada könüllü olaraq Azərbaycanı təmsil edirəm. Fəaliyyətimi də yalnız öz büdcəmə uyğunlaşdırıram. Heç bir yerdən maliyyələşmirəm, keçirdiyim tədbirlərin maliyyəsini yalnız özüm ödəyirəm. Ona görə də xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarından xahiş edirəm ki, hec bir hədə və qorxulardan çəkinməsinlər, millətimiz və xalqımızın xeyrinə bütün işləri həyata keçirsinlər”.
Avrasiya.net

Administratorla əlaqə

077 611-55-22

[email protected]