Xəbərlər / Şou-biznes

Tünzalə Ağayeva keçmişini niyə unudur: Onu Tovuzdan Bakıya kim gətirib?

17-07-2017, 15:28

Azərbaycanın ucqarından gəlib Bakıda estrada ulduzuna çevrilən Tünzalə Ağayeva deyəsən keçmişini unutmaq qərarına gəlib. Bir qədər əvvəl kübar məclislərin birində, xanım Ağayeva bildirib ki, sənətə gəlməyində ancaq özünə və atasına borcludur. Mən Vaqif Gərayzadədən böyük bəstəkaram. Bu adamın mənim yetişməyimdə zərrə qədər də rolu olmayıb.

Amma Tünzalənin sənətkarı artıq tanımaq istəmədiyini desə də, bir məqamı unudub. Söhbət onun 2001-ci ildə çıxardığı albomdan gedir.

Tünzalə Ağayeva keçmişini niyə unudur: Onu Tovuzdan Bakıya kim gətirib?
“Əslində “Sevdi can səni” albomunu belə o təkcə çıxarmayıb. Və çıxara da bilməzdi. Gərayzadə və daha bir hamisi iş adamı Musa Süleymanovun dəstəyi ilə ərsəyə gələn bu albomdakı qeydləri Tünzalə xanımın yadından çıxmalı deyildi. Bu məqamlara aşağıda qayıdacağıq. Bir yandan da əməkdar artistin atasının bir qədər əvvəl dedikləri də Tünzalə xanımın vaxtıyla dedikləri ilə üst-üstə düşmür. Və ən maraqlısı odur ki, Tünzalə xanım fotoda gördüyünüz albomu, daha doğrusu onun üz qabığını hər yerdən yığışdırıb.

Tünzalə Ağayeva keçmişini niyə unudur: Onu Tovuzdan Bakıya kim gətirib?

Amma...

“Qızımın bütün uğurları üçün mən əziyyət çəkmişəm. KAMAZ markalı maşınımı satıb onu səhnəyə gəlişinə yardımçı olmuşam. Ona heç kim kömək etməyib”.
Bu sözləri də əməkdar artist Tünzalə Ağayevanın atası Qabil Ağayev bir qədər əvvəl bəyan edib. Amma Azərbaycanda çox adama bəllidir ki, əsil həqiqət belə deyil. Böyük əksəriyyət bilir ki, Tünzalə Ağayevaya kimlər mənəvi dəstək verib, kimlər onun böyük səhnəyə çıxması üçün böyük pullar xərcləyib. Bəlkə də Tünzalə xanım bunları unudub, amma əlahəzrət fakt sox şeyi deyir.


Tünzalə Ağayeva keçmişini niyə unudur: Onu Tovuzdan Bakıya kim gətirib?
Bu da fakt. Tünzalə xanımın ilk albomunun üz qabığı. 2012-ci ildə “Səbuhi” studiyası tərəfindən buraxılan və müğənninin ilk albomu “Sevdi can səni” adlanıb. Həmin albomun üz qabığında Tovuzda heç kimin tanımadığı piano müəlliməsi Tünzalə Ağayevanın qeydləri yer alıb. Sitat:

“1976-cı ildə Tovuzda bir-birinə qovuşmuş müəllim və fəhlə ailəsində mən, Tünzalə anadan olmuşam. Bu adı mənə ata babam verib. Tünzalə adının mənası “güzəştə getmək” deməkdir və yəqin ki, onlar bu mənaya uyğun olaraq həyat yolumu daşımağı mənə arzulayıblar. Ailədə ilk övlad mənəm, sonra iki qardaşım. Rayonumuzun böyük məktəblərindən birində, N.Tusi adına orta məktəbin rus bölməsində təhsil almışam. Musiqi aləminə gəlişim lap kiçik yaşlarımdan Tovuzun Aşıq Əsəd Rzayev adına 7 illik uşaq musiqi məktəbinin “F-no” sinfindən başladı. Həmin illər ərzində mən klassik poeziyamızdan, Azərbaycan dilinin gözəlliyindən ilham alıb mahnılar, melodiyalar yaratmağa cəhd göstərmişəm. İlk mahnım məktəb illərində S.Vurğunun gözəl bir şeirinə yazılmış “Sən o deyilsən” mahnısıdır. Beləcə zaman keçir mən mahnılar yazıram, özüm də onları ifa edirəm. Təhsilimi Gəncədəki Q.Hüseynli adına musiqi texnikumunda yenə də “F-no” fakültəsinin qiyabi şöbəsində davam etdirdim. Rayonumuzun musiqi məktəbində müəllimə işlədim. Texnikumda oxuyarkən müəllimlərim mənə təhsilimi Musiqi Akademiyasında davam etdirməyi məsləhət gördülər. Akademiyanın bəstəkarlıq fakültəsinə daxil oldum, lakin maliyyə problemlərinə görə oranı bitirmək qismət olmadı, yəqin ki, bu da bir alın yazısıdır. 1998-ci ildə ana oldum, Fidan adlı qızım dünyaya göz açdı. Ailə qayğılarına baxmayaraq musiqi eşqi məni tərk etmədi, əksinə daha da ruhlandırdı... Və bu gün mən artıq professional səhnəyə ilk addımlarımı qoyuram. Və Tovuzdan gəlmiş Tünzalənin ən böyük arzusu öz mahnıları ilə xalqının kiçik də olsa rəğbətini qazanmaqdır”.

Tünzalə Ağayeva keçmişini niyə unudur: Onu Tovuzdan Bakıya kim gətirib?


Və əyalət Tovuzdan sıradan bir musiqi müəlliməsi Bakıya gəlir. Bəs onu oradan kim gətirib dövrün görkəmli bəstəkarı Vaqif Gərayzadəylə tanış edir?

Hələ ki Vaqif Gərayzadənin fikirlərinə nəzər salaq?

“Tünzalə gözəl musiqiçidir. İstedadlı bəstəkardır. Musiqi qavrayışı olduqca yüksəkdir. Özünəməxsus ifa tərzi və geniş diapazonlu, orijinal səs tembri məni cəlb etdi. Tünzalə yaxın gələcəkdə populyar ifaçı kimi tanınacaq və pop musiqisinə yeni nəfəs gətirəcək. Onun “Bakı payızı” müsabiqəsində I yerə layiq görülməsi bunu bir daha sübut edir. Mən buna inanıram və ürəkdən arzulayıram. Sənə müvəffəqiyyət və yaradıcılıq, işlərində uğurlar”.

Hə, baxmayaraq ki, Tünzalə xanım indi az qala Vaqif müəllimin xidmətlərini unudur, amma bu hələ harasıdır. İndi onun digər fikirlərinə də nəzərə salaq. Bu qeydlər də faktdır, albomun üz qabığında yer alıb.

Tünzalə Ağayeva keçmişini niyə unudur: Onu Tovuzdan Bakıya kim gətirib?
“Uşaqlıqdan Vaqif Gərayzadə musiqisinin böyük pərəstişkarlarından biriyəm. Rayonumuzda yaşayarkən təsəvvür etməzdim ki, nə vaxtsa bəstəkarımızla görüşüb yaxından tanış olacam. Xoşbəxtəm ki, belə fürsət mənə nəsib oldu. Çünki vurğunu olduğum musiqinin yaradıcısı, gözəl insan, sevimli bəstəkarımız Vaqif Gərayzadə ilə tanışlıq, onunla birgə işləmək, onun məsləhətlərini dinləmək mənim üçün böyük şərəfdir. Məhz Musa müəllimin təşəbbüsü ilə mən gözəl bəstəkar Vaqif Gərayzadə ilə tanış doldum və biz bu albom üzərində birgə çalışdıq. Xüsusilə onu da qeyd etmək istərdim ki, mənim istedadımı kəşf edən, rayon həyatından qoparıb tam əks bir aləmə, şəhər həyatına gətirən, məni özümə inandıran Musa Süleymanovdur. Öz növbəmdə mən üzərimdə çalışmaqla, nailiyyətlər əldə etməklə, dinləyici sevgisi qazanmaqla onun etimadını doğrultmağını arzulayıram. Bu albomun yaradıcısı Musa Süleymanova ailəmin və tovuzluların adından dərin minnətdarlığımı bildirirəm. Tanrı həmişə Sizə və ailənizə kömək olsun, Musa müəllim!”.
Bax belə, hər şey aydın oldumu? Bu gün Tünzalə xanım populyardır, əməkdar artistdir, hətta şəxsi biznesi belə var. Amma onu bu səhnəyə, bu mərtəbəyə yönəldənləri isə sanki tanımaq istəmir. Amma unudur ki, necə deyərlər əlyazmalar yanmır. Vaqif Gərayzadəni, özü demişkən, istedadını kəşf edən, rayon həyatından qoparıb tam əks bir aləmə, şəhər həyatına gətirən, onu özünə inandıran Musa Süleymanovu unutmaq olarmı” desə də, görünür bu məqamı doğrudan da unudub...Amma bir haqq, ədalət deyilən bir məfhum da var axı. Bir də ilahi ədalət və əlahəzrət fakt.

Administratorla əlaqə

077 611-55-22

[email protected]