Layihə / Maraqlı

Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi Suraxanı rayonunda Dəyirmi Masa keçirdi

16-07-2017, 18:29
Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi Suraxanı rayonunda Dəyirmi Masa keçirdi Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Aztəminatlı Ailələrə Dövlət Dəstəyi” layihə çərçivəsində Suraxanı rayonunda, Məşğulluq Mərkəzində Dəyirmi Masa keçirdi.

Tədbir iştirakçılarına QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və STD-nin müəllifliyi ilə dərc edilmiş bukletlər paylanıldı. Dəyirmi Masanı giriş sözü ilə açan Suraxanı rayon Məşğulluq Mərkəzinin direktoru Sənan Məmmədov Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Sosial Tərəqqinin Dəstəklənməsi İB-nin bu təşəbbüsünü alqışladıqlarını bildirdi.
Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi Suraxanı rayonunda Dəyirmi Masa keçirdi
S.Məmmədov gənc tələbə Lamiyə Həsənovanın layihə rəhbəri olmasını Şura rəhbərliyinin gənclərə qayğısının təzahürü kimi qiymətləndirdi. Suraxanı rayon Məşğulluq Mərkəzinin direktoru çıxış üçün sözü rayon İcra Hakimiyyətinin ictimai – siyasi və humanitar məsələlr şöbəsinin müdiri Barxudar Barxudarova verdi. B.Barxudarov STD-nin layihəsinn bu təbəqəyə aid olan ailələr üçün maarifləndirici əhəmiyyət kəsb etdiyini qeyd etdi.
Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi Suraxanı rayonunda Dəyirmi Masa keçirdi
Sonra çıxış üçün söz layihənin rəhbəri Lamiyə Həsənovaya verildi. Layihə rəhbəri gənclərə göstərilən qayğıya və diqqətə görə ölkə rəhbərliynə, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Suraxanı rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirdi. Sonra söz layihənin eksperti Qasım Həsənova verildi.
Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi Suraxanı rayonunda Dəyirmi Masa keçirdi
Ekspert bu tip layihələrin araya - ərsəyə gəlməsində olduqca əhəmiyyətli işlərə imza atmış Azərbaycan Respublikası Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili cənab Azay Quliyevə, DM-in təşkilində göstərdiyi köməyə görə isə Suraxanı rayon İcra Hakimiyyətinə təşəkkürlərini bildirdi. “Bu günki tədbirimizin mahiyyətinə uyğun olaraq demək istəyirəm ki, ünvanlı sosial yardım dövlətin sosial siyasətinin əsas elementlərindən biridir. Ünvanlı sosial yardım aztəminatlı ailələrə dövlət tərəfindən verilən pul yardımıdır. Sual olunur, bəs Aztəminatlı ailə hansı ailədir? Orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailəyə, aztəminatlı ailə deyilir. Dövlətin müəyyən etdiyi yardımı almaq üçün ilk növbədə ailənin aztəminatlı olub-olmaması müəyyənləşdirilməlidir.” – deyə çıxışa başlayan ekspert 5 oktyabr 2004-cü ildə qəbul edilmiş “Yaşayış minimumu haqqında”, 2005-ci ilin oktyabrında qəbul edilmiş "Ünvanlı dövlət sosial yardımı haqqında" Qanunlar, 2006-cı ildə Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı", 2008-ci ildə qəbul olunmuş "2008-2015-ci illərdə Azərbaycanda yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” haqqında Dəyirmi Masa İştirakçılarına geniş və ətraflı məlumatlar verdi. Daha sonra aztəminatlı ailələr üçün inşa edilməsi nəzərdə tutulan sosial evlərin verilmə qaydaları, bu kateqoriyaya aid olan ölkə vətəndaşlarının icbari tibbi sığorta olunma şərtləri, Mingəçevir şəhərində və Yevlax rayonunda dövlət tərəfindən pilot layihələrə start verilməsi ilə bağlı DM iştirakçılarına ətraflı məlumatlar verildi. Ən çox diqqət çəkən məqamlardan biri isə aztəminatlı ailələrin ali təhsil müəssisələrində təhsil alan övladları ilə bağlı tələbə kreditlərinin verilməsi məsələsi müzakirə mövzularından biri oldu. Ekspertin ətraflı məruzəsindən sonra DM iştirakçılarının suallarına cavab verildi. Tədbir iştirakçılarından Nəzakət xanım Məmmədova, Könül xanım Vahabova bu mövzulu tədbirlərin keçirilməsində rolu olan bütün qurumlara təşəkkürlərini bildirdilər, dövlətin aztəminatlı ailələr ilə bağlı gördüyü işlərdən danışdılar. Sonda tədbir iştirakçıları Azərbaycan Respublikası Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyinə maarifləndirici xarakterli tədbirə görə təşəkkürünü bildirdilər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]