Ölkə

Əhali üzümçülüyün inkişafını istəyir - SORĞU

17-05-2017, 11:23

"İctimai İştirakçılığın Dəstəklənməsi" İctimai Birliyi Siyəzən rayonu ərazisində sorğu keçirib. Sorğu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilən "Postneft dövrünə keçid: neft çıxarılan rayonların perspektiv inkişaf yönümünün yerli sakinlərlə müzakirəsi” layihəsi çərçivəsində baş tutub.

Qeyd edək ki, layihənin əsas məqsədi neft çıxarılan rayonlarda post-neft dövrü üçün yerli iqtisadi sahələrin istiqamətlərini müəyyən edib, vətəndaşlar və rəsmi strukturların birgə müzakirəsini təşkil etməkdir.

Layihə rəhbəri Şaban Nəsirovun Xeberman.com-a verdiyi məlumata görə, sorğu Siyəzən rayonun mərkəzində və "Böyük Həmyə", "Kiçik Həmyə" kəndlərində, "Zarat" qəsəbəsində baş tutub. Yerli sakinlər rayonun neft və qazdan aslılığının aradan qaldırılması üçün potensial sahələrin üzə çıxarılmasını nəzərdə tutan layihəni təqdir etdiklərini bildiriblər.

Sorğuda 100 nəfər respodent iştirak edib. Müxtəlif yaş qruplarını əhatə edən sorğu iştirakçılarından 68 nəfəri kişi, 32 nəfəri qadın olub. Sorğuda "Rayon ərazisindəki torpaqlardan səmərəli istifadə olunurmu ?", "Rayonda post-neft dövrünə keçidlə bağlı hansısa işlər görülürmü?", "Rayonda hansı sahələrin inkişaf prespektivi var?" və s. suallar qoyulub. Sorğu iştirakçılarının böyük əksəriyyəti rayon ərazisində SSRİ dövründə olduğu kimi, üzümçülüyün inkişaf etdirilməsini məqsədəuyğun bildiklərini qeyd ediblər. Respodenlərin çoxunun rəyinə görə, rayon ərazisindəki torpaqlardan səmərəli istifadə olunmur.

Şaban Nəsirovun sözlərinə görə, həmçinin layihə ilə bağlı Dəyirmi Masaların keçirilməsi üçün Rayon İcra Hakimiyyətinə müraciət edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]