Analitika

“Cəmiyyətdə qiymət artımına müqavimət göstərmək istəyi yoxdur” - “Baxmayaraq ki, toplumun qəzəbi artmaqdadır”

16-07-2017, 02:13
Tarif Şurasının benzinin qiymətini birdən-birə 20 qəpik məbləğində qaldırması cəmiyyət və mediada geniş müzakirələrə yol açıb. Maraqlıdır, benzinin qiymətindəki artım və bu artımın özü ilə gətirdiyi bahalıq dalğası cəmiyyətdə narazılığın artması, etirazların meydana çıxmasına səbəb ola bilərmi?


Anaxeber.az-a açıqlama verən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev cəmiyyətdə narazılığın mövcud olduğunu vurğulasa da, toplumun baş verənlərə müqavimət göstərmək niyyətində olmadığını bildirib:
“Təbii ki, son qiymət artımı cəmiyyətdə narazılıq yaradıb və yaradacaq. Lakin cəmiyyətin baş verənlərə müqavimət göstərmək istəyi yoxdur. Bu, reallıqdır. Lakin bu da bir reallıqdır ki, vəziyyət pisləşir və narazılıq artır. Bu isə özünü nə vaxt, hansı formada büruzə verəcək, bilinmir. Lakin narazılığın artması həqiqətdir. “MTN işi” ilə bağlı keçirilən məhkəmə prosesi, orada verilən izahat və açıqlamalar cəmiyyəti, xüsusilə də kasıb təbəqəni daha çox qəzəbləndirir. Bir sözlə, vəziyyət ürəkaçan deyil”.
Anaxeber.az
Seymur Əliyev

Administratorla əlaqə

077 611-55-22

[email protected]