Dünya

ABŞ-dan Türkiyədəki çevriliş cəhdinə reaksiya

15-07-2017, 13:25

ABŞ demokratik cəmiyyətlərin haqq və azadlıqlarını qorumaq üçün küçələrə çıxanların cəsarətini təqdir edir.

Axar.az “Xəbər 7”-yə istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert Türkiyədəki 15 iyul hərbi çevrilişə cəhdin ildönümü haqda deyib.

“Bir il əvvəl Türkiyənin bütün seqment və siyasi fikirlərinə mənsub cəsur və fədakar vətəndaşları hərbi çevriliş cəhdinə qarşı müdafiəyə qalxdı. ABŞ olaraq Türkiyənin demokratiyasına və demokratik təşkilatlarına olan sarsılmaz dəstəyimizi bir daha vurğulayırıq”, - Noyert bildirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]