Siyasət

Millət vəkili: Birinin oğlu “avtoşluq” edib bir ailəni öldürür, o biri...

13-07-2017, 15:22

“Prezidentin öz ailə üzvlərini idarə edə bilməyən dövlət məmurlarının vəzifədən çıxarılacağı ilə bağlı bəyanatı xalq tərəfindən dəstəklənir və biz də bu çağırışa qoşuluruq”.

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Fəzail İbrahimli prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında məmur və onların övladları ilə bağlı səsləndirdiyi fikrini aznews.az–a şərh edərkən deyib.

Onun sözlərinə görə, prezident həddini aşan məmurları cəzalandırır və bu proses belə də davam etməlidir: “Son vaxtlar bəzi məmur balalarının atalarına vurduğu zərbələrin şahidi oluruq. Məmur balaları millətin, xalqın taleyindən çox, öz valideynlərinin taleyini düşünməlidir. Ən dəhşətlisi odur ki, bəzi məmurlar övladlarını ərköyün böyüdür. Əslində isə onların övladları vətənpərvər olmalıdır.

Bu gün baş verənlərin hamısı əvvəldən qoyulan yanlış tərbiyənin nəticəsidir. Eyni zamanda, vaxtından qabaq yaşına uyğun olmayan təminatla bağlı olan məsələlərdir. Biz prezidentin bu çağırışına qoşuluruq. Bu çağırış bütün millətin və xalqın ürəyindəndir. Hətta bəzi məmurların da özlərinin də ürəyindəndir. Yerdə qalanlar işdən çıxarılan hər bir məmurdan öyrənməlidir, onlandan ibrət götürməlidir. Birinin oğlu sürətlə avtomobil sürür, bir ailəni öldürür, o biri ictimai nəqliyyatda sürücünü döyür və s. Bunlardan bir nəticə çıxarılmalıdr. Məmur düşünməlidir ki, bu məsələ böyüyüb prezidentə çatar və onu cəzalandırarlar. Çox təəssüf ki, bəziləri gözü çıxan qardaşlarından, “podval”a düşənlərdən, vəzifədən qovulanlardan dərs götürmür”.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı çıxışında bildirib ki, öz ailə üzvlərini idarə edə bilməyən dövlət məmuru vəzifədən çıxarılacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]