Siyasət

Ərdoğanın kürəkəni İlham Əliyevə Azərbaycan dilində təşəkkür etdi

11-07-2017, 16:11

Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayraq 22-ci Dünya Neft Konqresində iştirak edən ölkə prezidentlərinə öz dillərində təşəkkür edib.

Xeberman.com Qafqazinfo-ya istinadən xəbər verir ki, türkiyəli nazir “Twitter”də 4 ölkə prezidentinə, o cümlədən Azərbaycan prezidenti İlham Əliyevə tədbirdə iştirak etdiyi üçün təşəkkür edib.

B.Albayraq Serbiya, Bolqarıstan və Albaniya prezidentlərinə də təşəkkür mesajı yayımlayıb.

Qeyd edək ki, Albayraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]