Şikayət / Ölkə

Qazaxda şəhid ailəsinə kimlər qənim kəsilib - ŞİKAYƏT

11-07-2017, 12:49
Qazaxda şəhid ailəsinə kimlər qənim kəsilib - ŞİKAYƏT
Teref.infonun eektron poçtuna gələn bu şikayət məktubunu sizə təqdim edirik. Şikayətçi yazır:
Qazaxda şəhid ailəsi, kimsəsiz qadın sayılan Hacıyeva Sarabəyim Əhəd qəzınınn hüquq-mühafizə orqanları tərəfindən başına açılan oyunlar səngimək bilmir. Pezident cənab İlham Əliyev Qarabağ əlilləri və şəhid ailələrinə yüksək səviyyədə qayğı göstərdiyi, onların dərd-sərlərinə şərik olduğu halda kişik məmurlar deyilənlərdən nəticə çıxarmır, əllərindən gələn pisliyi etməkdə davam edirlər. Xatırlatmaq üçün yenidən bildiririk ki, Qarabağ uğrunda gedən döyüşlər zamanı 1994-cü ildə həyat yoldaşı şəhid olan, hazırda Qazax şəhərı N. Nərimanov qəsəbəsi 10 nömrəli evdə qeydiyyatda olan Hacıyeva Sarabəyim Əhəd qızı əsassız təzyiqlərə görə isti yeri soyuq edilib. Bəs hadisəyə səbəb nədir?
Hələ Qazax Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Rauf Hüseynovun dövründə N.Nərimanov qəsəbəsində (SU-15) yerləşən göz xəstəxanası pərakəndə yerlərə köçürülərək boşaldlıb. Başda Rauf Hüseynov olmaqla Qazax şəhər mənzil istismar idarəsinin xətti ilə həmin xəstəxana binası təxminən 7-8 nəfərə satılıb. Necə ki, Qazax şəhərində “Gilliyin binası” deyilən yerdə evləri qəzalı vəziyyətdə olan vətəndaşlara tikilən binanın elə Qazax rayon icra hakimiyyətinin bir neçə məmurlarına satıldığı kimi...
Göz xəstəxanasındakı tibb otaqları mənzillərə çevrilərək satılarkən şəhidin həyat yoldaşı Sarabəyim Hacıyeva vasitəçilik edərək, sadəcə mənzillərə müştəri tapıb. İş elə gətirir ki, hazırkı icra başçısı Rəcəb Babaşovun zamanında Sarabəyim Hacıyeva mənzil alarkən vasitəçilk etdiyi bir nəfərlə mübahisə edir. İş icra hakimiyyətinə kimi gedib çıxır. Göz xəstəxanasında yerləşən otaqların vətəndaşlara paylanmasında Sarabəyim Hacıyevanın da adı hallanır. Rayon rəhbəri məsənin araşdırılmasını hüquq-mühafizə orqanlarına tapşırır. Rayon prokuroru Əlirza Babayev də Sarabəyim Hacıyevanı yanına çağıraraq onu dələduz kimi tutacağı ilə hədələyir. Elə həmin gündən də şəhid ailəsi, eyni zamanda 2-ci qrup əlil qorxusundan Bakıya qaçmalı olur.
Bu gün vaxtilə göz xəstəxanası adlanan binada artıq sadə vətəndaşlar yaşayır. Həmin hadisədən də 8 ildən artıq vaxt keçir. Məsələ barədə Qazax RİH-nin başçısı Rəcəb Babaşova da aydınlıq gətirilib. Bəs Sarabəyim onda niyə Bakıya qaçıb?
Xanımın dediyinə görə, o günahsız olması barədə Qazax Rayon Prokuroru Əlirza Babayevlə sərt danışaraq haqqını müdafiə edib. Şəhid ailəsinin bu danışığı prokurora müsbət təsir etməyib. Nəticədə onu tutacağı ilə hədələyib.
Teref.info - ya müraciət edən şikayətçi yazır, məslənin məğzinə gəldikdə burada 2 nüyans narahatçılıq doğurur. Əvvəla, Sarabəyim Hacıyeva kimidir ki, göz xəstəxanasının binasını satır? Möhrü yox, ştampı yox. Yəni məsul şəxs deyil. İkincisi bu toirpaq, bu vətən üçün canını vermiş bir şəhidin həyat yoldaşı bu gün isti ev-eşiyini qoyub xırda bir məsələ üçün nəyə görə Bakıya qaçmalıdı? Yəqin Sarabəyim xanımın, eyni zamanda 2-qrup əlil olması da unudulub.

Şəhid ailəsinin xaricə çıxışına “stop” qoyulub.

Uzun müdddət sağ ayağından və oma hissəsindən əziyyət çəkən, hətta güclə yeriyən Sarabəyim Hacıyeva müalicə üçün iyul ayının 4-də təyyarə ilə Türkiyəyə getməyi qərara alır. Lakin Qazax rayon prokuroru Əlirza Babayevin onun haqqında açdığı 178.3.2 maddəsi üzrə cinayət işi Sarabəyim xanımın Türkiyəyə müalicəyə getməsinə “stop” qoyub. Nəticədə şəhid ailəsinin təyyarəyə əvvəlcədən aldığı bileti qaytarmaq belə mümkün olmayıb və ona maddi ziyan dəyib.
Onu da bildirirk ki, Sarabəyim Hacıyeva ona qarşı olan ədalətsizliyə görə, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun da qəbulunda olub. Babaşov onu tam dinləyərək, həqiqəti başa düşüb, qadına “səndə heç kimin işi olamyacaq” kəlməsini işlədib. Üstəlik Bu barədə Qazax Rayon Polis Şöbəsinin rəisi ilə də söhbətləşib. Çox keçmədən xanımı polis şğbəsinin baş müstəntiqi Kazım və Mehman adlı müstəntiq yanına çağırıb, işin düz-qoş edilməsini bildiriblər. Onun isə onalrın söylədiyi cinayətdə heç bir əli olmadığını və üzərinə böhtan atıldığını təkid edir. Lakin şəhid ailəsinin ah-naləsi göyə çıxmağına baxmayaraq müstəntiqlər dediyini deyirlər. Məsələ burasıdır ki, Sarabəyim Hacıyeva haqqında nə şikayətçi var, nə də onun ucbatından çöldə qalan. İndi onlar nəyi axtarır, hansı cinayət işindən danışır, bilinmir. Bu yalnız müstəntiqlərin səlahiyyət həddini aşması kimi dəyəndirilir.
Belə hesab olunur ki, Sarabəyim Hacıyevanın müşgülə düşən işin açarı Qazax Rayon Prokuroru Əlirza Babayevin əlindədi. Necə olur ki, Prezident İlham Əliyev Sarabəyim Hacıyeva kimilərinə diqqətlə yanaşır, rayon prokuroru isə laqeydlik göstərir. Yaşı 60-a çatacaq bir şəhid ailəsinə, ən azından günahsız qadına bu cür təzyiqlər kimə və nəyə lazımdı?
Haqqı tapdanan Sarabəyim Hacıyeva bu barədə bir sıra aidiyyəti orqanlara yazılı şıkatətlər etmiş, eyni zamanda prezident aparatının qarşısında aclıq etməyə hazırlaşır.
İlkin Baxış
Yazıda adları çəkilən şəxslərin də mövqeyni dinləməyə hazırıq.
Teref.info

Administratorla əlaqə

077 611-55-22

[email protected]