Gündəm

Əks halda bu həmin təşkilatlar üçün utan verici bir hal olacaq

11-07-2017, 06:43


İyul ayının 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzulinin Alxanlı kəndinin atəşə tutulması nəticəsində kənd sakinlərinin Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhranın həlak olması, bir qadının isə ağır yaralanması Ermənistanın Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüz və etnik təmizləmə siyasətinin tərkib hissəsidir.

"Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi bəyan edirik ki, bu vəhşilik Ermənistanın Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüz və etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Ermənistan Respublikası və onun rəhbərliyi törədiyi bu beynəlxalq cinayətlərə görə tam məsuliyyət daşıyır.

“Ahıllara və Tənhalara və Tənhalara Dəstək”ictiami birliyi olaraq, beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyəti Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişə zonasına yaxın ərazilərdə azərbaycanlı dinc sakinləri - uşaqları, qadınları və qocaları amansızlıqla qətlə yetirən işğalçı Ermənistan ordusunun bu qanlı cinayətlərinə qiymət verməyə çağırırıq.

Hesab edirik ki, insanlıq əleyhinə olan bu cinayət və vandalizmə qarşı dünyanın bütün insan hüquqları, uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlar öz kəskin reaksiyasını bildirməlidir. Əks halda bu həmin təşkilatlar üçün utan verici bir hal olacaq.

Ruhiyyə Məmmədova

“Ahıllara və Tənhalara Dəstək” ictimai birliyinin sədri

Administratorla əlaqə

077 611-55-22

[email protected]