Gündəm

Ermənistanın törətdiyi cinayətə görə cavab verməlidir.

11-07-2017, 06:22

2017-ci il iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı hərbi hospitala çatdırılaraq əməliyyata olunub.

"Kür –Xəzər" xeyriyyə ictimai birliyi baş verən hadisəni kəskin sürətdə pisləyir.

Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, o cümlədən Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

"Kür –Xəzər" xeyriyyə ictimai birliyi beynəlxalq ictimaiyyəti bu qanlı hadisəyə, vandalizm aktına həssas yanaşmağa, dərhal ciddi münasibət bildirməyə, Ermənistanın törətdiyi çinayətə qarşı qətiyyətli addımlar atmağa çağırır. Dünyada sülhün bərqərar olması naminə terroruçu dövlət imici qazanmış Erməmistan dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən öz layiqli qiymətini almalıdır.

Beynəlxalq təşkilatlara səslənərək, sizlərdən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində aktiv olmağı, təcavüzkarı bütün beynəlxalq hüquq və normalarla cəzalandırmağı, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarından təcili çıxmasını tələb etmənizi xahiş edirik.

Akif Kərimov

"Kür-Xəzər" xeyriyyə İB-nin sədri

Respublika Ağsaqqallar Şurasının üzvü

Administratorla əlaqə

077 611-55-22

[email protected]