Xəbərlər / İdman

Rafael və Zabitdən Zəhra haqqında: "Döyüşə hazırıq"

5-07-2017, 21:09
Rafael və Zabitdən Zəhra haqqında: "Döyüşə hazırıq"
Azərbaycanın canlı əfsanələri, 5 qat dünya çempionu Rafael Ağayev və məşhur kikboksçu Zabit Səmədov ermənilərin qətlə yetirdiyi 18 aylıq Zəhra Quliyevanın qanının yerdə qalmayacağını bildiriblər.

Baku.vs-in məlumatına görə, R.Ağayev və Z.Səmədov bu barədə İnstaqram səhifələrində yazıblar.

"18 aylıq Zəhranın qanı yerdə qalmasın! Ali Baş Komandanımızın əmri ilə şəxsən döyüşə gedib qisas almağa hazıram!”, - deyə Zabit Səmədov bildirib.

"Zəhranın qanı yerdə qalmayacaq! Ali Baş Komandan əmr verərsə şəxsən döyüşə getməyə hazıram!”, - deyə Rafael Ağayev qeyd edib.


Administratorla əlaqə

077 611-55-22

[email protected]