Əsas Səhifə / Ölkə

Bir könül yaratmaq gəlmirsə əlindən, Barı bir könüldə qırılmasın dilindən.

11-01-2016, 10:05

Bir könül yaratmaq gəlmirsə əlindən, Barı bir könüldə qırılmasın dilindən.Anarın sizin köməyinizə ehtiyacı var.13 yaşlı Anar Əhmədov anası Afərdə xanımla birlikdə Bərdədə „Qaçqın qəsəbəsi"ndə yaşayır.İki nəfərlik bu kiçik ailə bu gün xalqdan yardım istəyir.

2015-ci ilin avqust ayında oğlunun qan qusduğunu görən Afərdə xanim onu təcili olaraq Qan institutuna aparıb.Burada Anarı müayinə edən Professor Mir Eldar Babayev testlər nəticəsində elmi dildə M3 kəskin leykoz xəstəliyi adlanan „qan xərçəngi" diaqnozu qoyub.

13 yaşlı Anar bir neçə dəfə Qan institutunda kimya terapiya olunub.Professor Mir Eldar Babayev Afərdə xanıma oğlunun müalicə nəticəsində sağalacağına ,tam müalicəsinə söz verib.Anarın dərmanlarının qiyməti isə çox bahadır.

Afərdə xanım Respublika.info-ya açıqlamasında qeyd etdi ki,onun Aldığı "Vesanoid „dərmanının qiyməti hələ 500 manatdır.Maddi imkanı olmayan Ana bu gün xalqa əl açıb yardım istəyir. Anarın yaşamasına kömək edək.

Yardımlarınızı əsigəməyin.Bu bank hesabina göndərilən yardımlar Anarın yaşaması üçün ümid işığıdır.

Unibank

Müştərinin adı. Əhmədova Afərdə Sabir qızı Müştərinin hesab nömrəsi. AZ18UBAZ33268168241010AZN001

Administratorla əlaqə

077 611-55-22

[email protected]